Bütün xəbərlər
6 oktyabr, 10:56

Azərbaycan Respublikası Prezidentinin imzaladığı yeni Sərəncama əsasən, 2025–2026-cı tədris ilində tələbə qəbulu imtahanlarında ən yüksək nəticə göstərərək ölkənin ali təhsil müəssisələrinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.

Bu tələbələr sırasında NDU-nun tələbəsi Cəmilə Babayeva da var. "Azərbaycan müəllimi" onunla həmsöhbət olub.

Cəmilə Babayeva Naxçıvan şəhər 11 nömrəli tam məktəbin məzunudur. 688.4 balla NDU-nun “Kompüter mühəndisliyi” (tədris ingilis dilində) ixtisasına qəbul olub. Deyir ki, xəbəri öyrənəndə hədsiz dərəcədə sevinib: "Hər şeydən xəbərsiz idim, evə gələndə dostumun təbrik mesajı yazdığını gördüm. Mesajı oxuyandan sonra sevincimin hədd-hüdudu yox idi. Əslində, balım yüksəkdir deyə gözləyirdim, amma bilirdim ki, 1-ci qrupda rəqabət güclü olur. Ona görə də adımın siyahıya düşəcəyinə əmin deyildim".

Cəmilə məktəb vaxtı da seçilən əlaçı şagirdlərdən olub: "Bir çox yarış və olimpiadalarda iştirak etmişəm. Respublika fənn olimpiadasında riyaziyyat fənni üzrə yarımfinal mərhələsinədək yüksəlmişdim. 9 və 11-ci sinfi fərqlənmə attestatı ilə bitirmişəm".

Birinci kurs tələbəsi rəsm çəkməyi, kitab oxumağı və musiqi dinləməyi çox sevir. İxtisasına gəlincə, "müasir dövrə uyğun olduğu üçün bu ixtisası seçmişəm", - deyir.

Cəmilə qazandığı uğurlara görə ən böyük dəstəkçilərinin müəllimləri və valideynləri olduğunu söyləyir: "Hər zaman mənim arxamda dayanıb, yol göstəriblər. Buna görə onlara təşəkkür edirəm".

O, gələcəkdə ixtisası üzrə yaxşı bir mütəxəssis kimi yetişmək istəyir. Bunun yolunun isə çalışmaq və oxumaq olduğunu bilir: "Uğurlu olmaq inanmaqla, xəyal etməklə, istəməklə başlayır. Bundan sonra da təhsil aldığım ixtisas üzrə daha əzmlə çalışacağam. Universiteti də əla qiymətlərlə bitirəcəyəm".

Cəmilə hələ yolun başındadır, amma əzmi, iradəsi və çalışqanlığı onu işıqlı gələcəyə aparacaq.

Qeyd edək ki, region universitetləri üzrə yeganə Prezident təqaüdçüsü Naxçıvan Dövlət Universitetinin tələbəsidir.

Şərhlər

Xəbər lenti

6 oktyabr, 13:34

Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçiriləcək

6 oktyabr, 13:30

Müəllimlər arasında “Fibonacci” intellektual yarışı keçirilib

6 oktyabr, 13:24

Naxçıvanda 9 məktəbin adı dəyişdirilib

6 oktyabr, 13:14

“Yüksəliş” qaliblərinin iştirakı ilə keçirilən Tələbə Mentorluq Proqramı yekunlaşıb

6 oktyabr, 12:48

Rəqəmsal nəsil: Azərbaycan məktəblərində süni intellekt

6 oktyabr, 12:44

Həyatın ən uca sözüdür “Müəllim” – Fotoreportaj

6 oktyabr, 12:42

ARTİ tərəfindən metodistlərlə onlayn görüş keçirilib

6 oktyabr, 12:35

İnklüziv və adaptiv təhsil ilə bağlı təlimlərə start verilib

6 oktyabr, 12:27

Son 2 ayda rekord sayda təhsil krediti müqaviləsi rəsmiləşdirilib – Bəhruz Əzimov

6 oktyabr, 11:15

ETİHİ qabaqcıl müəllimləri təbrik edib

6 oktyabr, 11:12

BMU Malayziya Elm və Texnologiya Universiteti ilə əməkdaşlıq edəcək

6 oktyabr, 10:47

Naxçıvanda bir qrup müəllim təltif edilib

6 oktyabr, 10:42

Məktəblilər arasında respublika çempionatı başlayıb

6 oktyabr, 10:30

Naxçıvan məktəblisi MDB Oyunlarının medalçısı olub

6 oktyabr, 10:21

Azərbaycan nümayəndə heyəti Çində keçirilən forumda iştirak edib

6 oktyabr, 10:16

Azərbaycanlı alim beynəlxalq müsabiqənin qalibi oldu

6 oktyabr, 10:15

Xaricdə “İbtidai sinif müəllimliyi” üzrə oxuyanların hamısı peşə tanınması imtahanından kəsilib

6 oktyabr, 09:58

Naxçıvanda Prezident təqaüdünə layiq görülən məzunların sayı 25 faiz artıb

6 oktyabr, 09:52

2027–2030-cu illərdə elm və ali təhsilin strateji hədəfləri müzakirə olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.