
Qazaxıstan Milli Elmi və İnnovativ Araşdırmalar Akademiyası tərəfindən təşkil olunan “Ən yaxşı məqalə – 2025” beynəlxalq müsabiqəsinin nəticələri açıqlanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrobiznes, Menecment və Marketinq kafedrasının dosenti Fərid Mehdiyev təqdim etdiyi “Современные подходы к развитию маркетинговой деятельности в сельском хозяйстве в условиях применения цифровых технологий” adlı elmi məqalə ilə müsabiqədə 1-ci yerə layiq görülüb.
Müsabiqədə 13 ölkənin – Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Böyük Britaniya, Qırğızıstan, Ermənistan, Belarus, Moldova, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Tacikistan və Türkmənistanın alimləri 54 elmi məqalə iştirak ediblər.
Fərid Mehdiyevin elmi işi “Science and Education: Modern time” beynəlxalq elmi jurnalında ilk sırada dərc olunub və “Ən yaxşı məqalə” nominasiyası üzrə I dərəcəli diploma layiq görülüb.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər