Bütün xəbərlər
5 oktyabr, 10:00

Beynəlxalq Müəllimlər Günü insanlıq üçün ən dəyərli və ən şərəfli peşə olan müəllimliyə və müəllimə ehtiramın göstərildiyi gündür. 5 oktyabr təqvimin bir günü olmaqdan başqa bizə bir çox dəyərləri xatırladan gündür.

5 oktyabr! 
Vətəninə, millətinə, xalqına, bayrağına, milli mənəvi dəyərlərinə, ailəsinə, elinə-obasına, dövlətinə və dövlətçiliyinə sadiq insanları, vəfalı oğul və qızları yetişdirənlərin, yəni əziz müəllimlərimizin günüdür.

5 oktyabr! 
Öyrədənlərin, öyrənənlərin, nümunə olanların, rəhbərlik və bələdçilik edənlərin, həyata ilkin addımlarını atan fidan balalarımıza yol göstərənlərin, işıq saçanların, yəni dəyərli müəllimlərimizin günüdür.  

5 oktyabr!
Sinif otaqlarında sadəcə lövhəyə yazı yazanların, bildiklərini təbliğ edənlərin deyil, şagirdlərimizin, bizim övladlarımızın qəlbinə, ruhuna toxuna bilənlərin, onlara ümid verənlərin, onlara inananların, onları cəsarətləndirənlərin, onlara dəyər verənlərin, onlarla gülüb, onlarla sevinib, yeri gəldiyində onlarla ağlaya bilənlərin, yəni sevimli müəllimlərimizin günüdür.

5 oktyabr!
Müəllimlik anlayışının, müəllimliyi empatiya etmənin, müəllimlərin səbrinə, fədakarlıqlarına, onların əməyinə, yükünə və məsuliyyətinə, bir sözlə onların böyük, amma çox böyük ürəklərinə heyran olma günüdür.

5 oktyabr! 
Müəllimlərin, yəni savadlıların, mərhəmətli olanların, gülərüzlü, yaxşı olanların, yoxluqlarında darıxılanların, empatiya edə bilənlərin, dinləyə bilənlərin, qarşısındakı şagirdlərin kimliyindən asılı olmayaraq onlara sevgi ötürə bilənlərin günüdür. Məzun olduqlarında riyaziyyat, fizika, ədəbiyyat müəllimi kimi məzun olan, ancaq məktəblərimizdə fənn müəllimindən daha çox şagirdin müəllimi olanların günüdür! 

5 oktyabr! 
Güvən verənlərin, etibar edilənlərin günüdür. Effektiv və məhsuldar öyrənmə mühiti qarşılıqlı güvən və etimadın olduğu mühitdir. Qarşılıqlı güvən və etimad isə sağlam ünsiyyətin formalaşması ilə mümkündür. Ünsiyyətin ilk addımı təbəssümdür. Təbəssümü qarşılıqsız ətrafına paylaya bilənlərin günüdür.

Müəllimin əlinin dəymədiyi xəmir ya dadsızdır, ya da duzsuzdur. 

Gözəl vətənimizin şirin balalarının hər birinə bilik, sevgi və ən əsası ümid toxunuşlarını etməyimiz diləyi ilə başda riyaziyyat müəllimim olan atam olmaqla, bütün Azərbaycan müəllimlərini ürəkdən təbrik edirəm!

Fuad QARAYEV,
Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini 

Şərhlər

Xəbər lenti

5 oktyabr, 11:21

Mənim müəllim anam

5 oktyabr, 11:15

“Mənim müəllimlərə üç nəsihətim var...” – akademik Şalva Amonaşvili 

5 oktyabr, 10:19

Sevgi ilə sinfə girin - Ərdəm Söyləməz

5 oktyabr, 09:00

Əziz MÜƏLLİMLƏR! bilik və sevginizlə dünyanı dəyişirsiniz

4 oktyabr, 18:47

BANM 36 Prezident təqaüdçüsü ilə ölkə rekordçusu oldu

4 oktyabr, 13:08

"QS 2026" qlobal reytinqinə daxil olan universitetlərimiz təltif olunub

4 oktyabr, 12:34

Andreas Şleyxer: Süni intellektin inkişafı bizdən yeni tədris modelləri tələb edir

4 oktyabr, 12:21

İƏİT rəsmisi: Süni intellekt müəllimi əvəz edə bilməz, amma onu daha güclü edə bilər

4 oktyabr, 12:05

Andreas Şleyxer: Müəllimlərin birgə fəaliyyəti onların özlərinə inamını gücləndirir

4 oktyabr, 12:04

Prezident təqaüdçülərinin siyahısı təsdiqləndi – SƏRƏNCAM

4 oktyabr, 11:21

Akademik nailiyyət real həyatda nə qədər önəmlidir?

4 oktyabr, 11:12

Rektor: BSU-da serb və makedon dillərinin tədrisinə başlanılacaq

4 oktyabr, 11:09

İdris İsayev: Qlobal çağırışlar təhsildə də yeni yanaşmaların formalaşmasını zəruri edir

4 oktyabr, 11:02

Nazir müavini: Hansı ölkədə insan kapitalına investisiya yatırılırsa, həmin ölkə inkişaf edir

4 oktyabr, 11:00

İdris İsayev: Ali təhsildə əhatəlilik dinamik sürətdə artır

4 oktyabr, 09:54

Cəbrayıl – Azadlığın başlandığı şəhər

3 oktyabr, 17:58

ADNSU-da Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda vörkşop keçiriləcək

3 oktyabr, 17:41

Bakıda bir qrup müəllim təltif edilib

3 oktyabr, 17:34

“Yaşamaq uğrunda mübarizə” – Müəllim-alim xatirələrindən yazıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.