
6-8 oktyabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Dayanıqlı İnkişaf Məqsədləri (SDG) mövzusunda təlim keçiriləcək. Təlim ESDG (Education and Sustainable Development Goals) şirkətinin rəhbəri Elmir Məmmədli tərəfindən aparılacaq.
“Azərbaycan müəllimi” xəbər verir ki, təlimlər çərçivəsində iştirakçılar Bərpa olunan enerji texnologiyaları və SDG7 (Əlçatan və təmiz enerji), İqlim dəyişikliyi, karbon emissiyaları və SDG13 (İqlim fəaliyyətləri), Neft-qaz sektorunda enerji səmərəliliyi və yaşıl keçid yolları mövzuları ilə tanış olacaq. Qeyd olunan mövzular ətrafında müzakirələr keçiriləcək.
Vörkşopda iştirak etmək istəyən tələbələrin aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçməsi xahiş olunur: https://forms.gle/MXYAyZJkaThhAER18
Qeyd edək ki, 3 gün davam edəcək təlimdə aktiv iştirak edən tələbələr ESDG tərəfindən sertifikatla mükafatlandırılacaq.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər