
Müasir tədqiqatçılara görə, imtahanda klaviaturadan istifadə edən tələbələrin nəticələri daha yüksək olur. Tədqiqat London Kollec Universiteti həyata keçirib. Universitet bu nəticəyə gəlməmişdən əvvəl tələbələr arasında imtahan təşkil edib. İmtahanın nəticələrinə görə, əlllə yazılan esselərin nəticələri klaviatura ilə yazılanlardan daha aşağıdır. Bütün tələbələr, o cümlədən öyrənmə çətinliyi olanlar, testlərdə xüsusi proqramlardan (kömpüterdə mətn yazmaq üçün istifadə edilən proqramlardan) istifadə etdikdə böyük irəliləyiş göstəriblər.
Araşdırmaya rəhbərlik edən, Liverpul Con Mores Universitetinin psixologiya və təhsil üzrə baş müəllimi Emma Sumner deyir ki, məktəblər noutbuklarla təmin edilməli və şagirdlərə klaviaturada sürətli yazmaq öyrədilməlidir. Çünki növbəti 5 il ərzində imtahanların onlayn təşkil olunması planlaşdırılır.
Oxu-yazı çətinliyi olmayan şagirdlər imtahanda klaviatura ilə esse yazanda əlyazmada olandan 50% daha çox söz işlədirlər. Həmçinin onların imtahan nəticələri 17% yuxarı olur.
Nərmin Məmmədzadə
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər