Bütün xəbərlər
3 oktyabr, 15:41

Oktyabrın 3-də Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Təkrar emal iqtisadiyyatı və davamlılıq siyasəti” mövzusunda III Beynəlxalq Elmi Konfransın bölmə iclasları təşkil olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, fiziki və onlayn formatda baş tutan bölmə iclaslarında Azərbaycanla yanaşı, Türkiyənin nüfuzlu ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarından olan alim və tədqiqatçılar, həmçinin MDU əməkdaşları məruzələri ilə iştirak ediblər. 

Sessiyalarda təkrar emal iqtisadiyyatının müasir çağırışları, yaşıl inkişaf modeli, davamlılıq siyasəti, ekoloji təhlükəsizlik və sosial-iqtisadi inkişafda innovativ yanaşmalar mövzularında elmi müzakirələr aparılıb. Məruzəçilər qlobal iqlim dəyişiklikləri fonunda alternativ enerji, tullantıların idarə olunması və dairəvi iqtisadiyyatın tətbiqi imkanları ilə bağlı əldə etdikləri elmi nəticələri bölüşüblər.

Konfransın MDU-nun ev sahibliyi etdiyi bölmə iclaslarında universitetin 26 əməkdaşı məruzələrlə çıxış edərək tədqiqat nəticələrini konfrans iştirakçılarının diqqətinə çatdırıblar. İştirakçılar MDU-da formalaşdırılan elmi mühiti yüksək qiymətləndirərək universitetin beynəlxalq elm məkanına inteqrasiya istiqamətində gördüyü işləri təqdir ediblər.

Bölmə iclaslarından sonra təqdim olunan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, sonda məruzəçilərə iştirak sertifikatları təqdim olunub və xatirə fotoları çəkilib.

Qeyd edək ki, beynəlxalq konfrans 2–3 oktyabr tarixlərində İKSAD İnstitutu (Türkiyə), İqtisadiyyat Nazirliyi yanında İqtisadi Elmi-Tədqiqat İnstitutu (Azərbaycan), Tekirdağ Namık Kemal Universiteti (Türkiyə), İstanbul Gelişim Universitetinin Dayanıqlı Ətraf Mühit və Cəmiyyət Tətbiq və Tədqiqat Mərkəzi (Türkiyə), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. 

1 /15

Şərhlər

Xəbər lenti

3 oktyabr, 17:11

Nazirin Gədəbəydə vətəndaş qəbulunun tarixi müəyyənləşdi

3 oktyabr, 17:10

“Yaşamaq uğrunda mübarizə” - Müəllim-alim xatirələrindən yazıb

3 oktyabr, 16:44

Uşağı dərs oxumağa məcbur etmək olmaz – AÇIQLAMA

3 oktyabr, 16:42
3 oktyabr, 16:41

Heydər Əliyev Fondu tərəfindən inşa olunan daha bir məktəb binası istifadəyə verilib – FOTO

3 oktyabr, 15:33

Xərçəngin əmələ gəlməsi və inkişafının yeni mexanizmi aşkar edilib

3 oktyabr, 13:23

BMU tələbələri Başlıbel qətliamı haqda məlumatlandırılıb

3 oktyabr, 13:15

Nobel laureatları hansı ailələrdən çıxır? Valideynləri düşündürəcək 5 həyat hekayəsi

3 oktyabr, 13:06

AzMİU BRAUIC konsorsiumuna üzv seçilib

3 oktyabr, 11:54

İndi dərs deyir, gələcəkdə kitab yazacaq – Gənc müəllimlərin arzuları

3 oktyabr, 11:53

AzMİU alimlərinin ixtirasına patent verilib

3 oktyabr, 11:45

Müasir idarəçilik sistemində inklüzivlik və onun sosial-iqtisadi əhəmiyyəti

3 oktyabr, 11:04

ADNSU-da yeni qaydalar təsdiqlənib

3 oktyabr, 10:52

Şəhid komandirin oğlu ikinci təhsilini alır: bu dəfə peşə təhsilinə üz tutub

3 oktyabr, 10:31

LDU-da Elmi Şurada tədrisin gedişi müzakirə olunub

3 oktyabr, 10:25

NDU-da “İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” mövzusunda konfrans keçirilib

3 oktyabr, 10:18

ADNSU-da İnnovativ Həllər Marafonu ilə bağlı infosessiya baş tutub

3 oktyabr, 10:15

UNEC-də “İnklüziv ali təhsil” mövzusunda konfrans keçirilir

3 oktyabr, 10:10

“ProQuest Central” bazası 123 müəssisənin istifadəsinə verilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.