Bütün xəbərlər
3 oktyabr, 10:31

Lənkəran Dövlət Universitetində (LDU) keçirilən Elmi Şuranın növbəti iclasını universitetin rektoru, Elmi Şuranın sədri prof. Natiq İbrahimov açıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, rektor gündəliyin müzakirəsinə keçməzdən əvvəl şura üzvlərini və universitetin bütün pedaqoji kollektivini qarşıdan gələn 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, bayram münasibətilə universitetin bütün əməkdaşları pul mükafatları ilə dəyərləndirilib.

Gündəlikdə duran məsələlərin təsdiqindən sonra müzakirələrə başlanılıb. Müzakirə olunan ilk məsələ “2025/2026-cı tədris ilinin I semestrində tədrisin gedişi. Kollokviumlara hazırlığın vəziyyəti” olub. Bu barədə tədris işləri üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov məlumat verərək vəziyyətin qənaətbəxş olduğunu deyib, hazırlıq işlərinin tezliklə bitəcəyini şura üzvlərinin diqqətinə çatdırıb.

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsini icra edən dos. Ramiz Şəmmədov “Yeni tədris ilində universitetin yataqxanalarının vəziyyəti” barədə məlumatında tələbə yataqxanalarında mövcud vəziyyətdən, tələbələrə yaradılan əlverişli şəraitdən, amma buna baxmayaraq həm qızlar, həm də oğlanlar üçün olan yataqxanalarda boş yerlərin qalmasından söz açıb, fakültə dekanlarına, tələbə təşkilatlarına bu sahədə birgə işin vacibliyini diqqətə çatdırıb.

Universitetin struktur bölmələri üzrə “Əsasnamə”lərin yenilənməsi haqqında məlumatı baş elmi katib dos. Allahşükür Quliyev təqdim edib.

Elmi Şura iclasında bir sıra cari məsələlərə də baxılıb və müvafiq qərarlar qəbul edilib.

1 /11

Şərhlər

Xəbər lenti

3 oktyabr, 13:23

BMU tələbələri Başlıbel qətliamı haqda məlumatlandırılıb

3 oktyabr, 13:15

Nobel laureatları hansı ailələrdən çıxır? Valideynləri düşündürəcək 5 həyat hekayəsi

3 oktyabr, 13:06

AzMİU BRAUIC konsorsiumuna üzv seçilib

3 oktyabr, 11:54

İndi dərs deyir, gələcəkdə kitab yazacaq – Gənc müəllimlərin arzuları

3 oktyabr, 11:53

AzMİU alimlərinin ixtirasına patent verilib

3 oktyabr, 11:45

Müasir idarəçilik sistemində inklüzivlik və onun sosial-iqtisadi əhəmiyyəti

3 oktyabr, 11:04

ADNSU-da yeni qaydalar təsdiqlənib

3 oktyabr, 10:52

Şəhid komandirin oğlu ikinci təhsilini alır: bu dəfə peşə təhsilinə üz tutub

3 oktyabr, 10:25

NDU-da “İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” mövzusunda konfrans keçirilib

3 oktyabr, 10:18

ADNSU-da İnnovativ Həllər Marafonu ilə bağlı infosessiya baş tutub

3 oktyabr, 10:15

UNEC-də “İnklüziv ali təhsil” mövzusunda konfrans keçirilir

3 oktyabr, 10:10

“ProQuest Central” bazası 123 müəssisənin istifadəsinə verilib

3 oktyabr, 10:06

“NASCO artıq beynəlxalq platformaya çevrilir” – ADNSU-nun prorektoru

3 oktyabr, 10:00

Afət Sadıqova: NASCO-ya seçim prosesində yeni ideyaları olan müəlliflərə üstünlük veriləcək

3 oktyabr, 09:56

Nazir “Quacquarelli Symonds” qlobal reytinq agentliyinin regional direktoru ilə görüşüb

3 oktyabr, 09:54

Samuxda yeni kənd məktəbinin binası istifadəyə verilib

3 oktyabr, 09:54

NASCO XXVIII Respublika Elmi Konfransına hazırlıq necə gedir?

3 oktyabr, 09:42

ADNSU tələbələri “WaterTech Bootcamp 2025”də I yeri tutublar

2 oktyabr, 20:00

Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor müavinləri təyin edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.