
Tam mətnli akademik informasiya bazası olan “ProQuest Central” Elm və Təhsil Nazirliyi ilə “Clarivate” şirkəti arasında bağlanmış müqavilə əsasında 123 müəssisənin istifadəsinə təqdim edilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, “ProQuest Central” informasiya bazası “ProQuest Research Assistant” (PRA) adlı süni intellekt aləti ilə birgə təqdim edilir.
Qeyd edək ki, süni intellektin imkanlarından yararlanan PRA aləti tələbələrin etibarlı tədqiqat köməkçisi hesab olunur. PRA istifadəçilərin daha effektiv və hədəfə uyğun axtarışlar etməsinə, resursun qısa zaman ərzində effektiv analizinə və həmin resursun tədqiqat üçün nə dərəcədə faydalı olduğunu sürətli müəyyən etməyə imkan verir.
“ProQuest Central” bazasından müəssisə daxilində istifadə üçün: https://www.proquest.com/?accountid=216349
Bazadan istifadəyə dair təlimatlar: https://proquest.libguides.com/proquestplatform
Bazadan istifadə zamanı yarana biləcək suallarla bağlı əlaqə vasitələri:
telefon: +994 (12) 599 11 55 (7912)
elektron poçt: science@eatda.edu.az
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər