
Oktyabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnnovativ Həllər Marafonu ilə bağlı infosessiya təşkil olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə universitetin İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin (İTİF), Energetika (EF) və Kimya texnologiya fükültələrinin (KTF) tələbələri iştirak ediblər.
Sessiyada marafonun məqsədləri, iştirak qaydaları, komanda formalaşdırılması və təqdim ediləcək imkanlar barədə tələbələrə ətraflı məlumat verilib.
Əsas diqqət Azərbaycanın startap və innovasiya ekosisteminin inkişafı, yaradıcı gənclərə dəstək və innovativ həll üsullarından istifadə imkanlarına yönəlib.
Qeyd edək ki, marafonun mükafat fondu 10 000 AZN, müddəti isə 30 oktyabr – 15 dekabr 2025-ci il tarixlərini əhatə edəcək. İştirakçılar gələcək mərhələlərdə komanda şəklində çalışaraq müxtəlif innovativ həllər üzərində işləyəcəklər.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər