Bütün xəbərlər
3 oktyabr, 13:23

Bakı Mühəndislik Universitetində (BMU) “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan “113 gün düşmən arxasında mübarizə: Başlıbel qətliamının bilinməyən tərəfləri” adlı layihəsinin təqdimatı keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, təqdimatda əsas məqsəd ermənilərin 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törətdikləri qətliam, tarixi, mədəni irsimizə, təbiətə qarşı vandalizm aktları, həmçinin doğma yurdunu tərk etməyən mülki insanların vətən sevgisi, uzunmüddətli mühasirə şəraitində apardıqları mübarizə ilə bağlı tələbələri maarifləndirmək olub.  

Açılış nitqi ilə çıxış edən BMU-nun Mühəndislik fakültəsinin dekan müavini Osman Mirzəyev tarixi həqiqətlərin araşdırılması və gənc nəslə çatdırılması baxımından belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra layihə rəhbəri, ictimai birliyin sədri Vüqar Həşimov çıxış edərək görülən işlər barədə məlumat verib. Bildirilib ki, layihə çərçivəsində  Başlıbel qətliamının şahidi olan, eləcə də 113 gün mühasirə həyatı yaşayan şahidlərin 2 aydan artıq müddətdə partizan mübarizəsi apardıqları və Başlıbel kəndinin işğalından sonra heç bir çəkiliş aparılmayan “Nəbi kahası”, həmçinin “Barıtlı kahası” adlanan ərazidə 2 hər biri 20 dəqiqəlik videosüjet çəkilib. Həmin videolarda şahidlərin Başlıbel qətliamı ilə bağlı gördükləri, ermənilərin törətdikləri insanlıq əleyhinə cinayətlərinə dair şahidi olduqları hadisələr və mühasirə həyatı ilə bağlı fikirləri əks olunub. 1 sentyabr tarixindən icrasına başlanan layihə çərçivəsində ölkənin müxtəlif ali məktəblərinin tələbələrinin maarifləndirilməsinin nəzərdə tutulduğunu deyən V.Həşimov gənclərin tariximizi dərindən öyrənmələrinin vacibliyini bildirib.   

Layihənin eksperti, Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov isə çıxışında Başlıbel qətliamı barədə tarixi faktları, qətlə yetirilənlər, girov götürülənlər, itkin düşənlərin, qadın, qoca, uşaqların sayını statistik rəqəmlərlə diqqətə çatdırıb. Habelə 113 gün mühasirə həyatı yaşayan insanların güclü iradəsindən, heyrətamiz mübarizliyindən danışaraq, bu əzmin və möhkəmliyin gənc nəsil üçün gözəl nümunə olduğunu qeyd edib.  

Daha sonra Başlıbel qətliamının törədildiyi ərazidən və uzun müddət mühasirədə yaşayan insanların gizləndikləri mağaralardan çəkilən videosüjetlər tədbir iştirakçılarına təqdim olunub.

Təqdimatın ardınca tədbirdə iştirak edən hadisə şahidləri – Məzahir Abbasquliyev, İsmət Əzizov və Elşad Əzizov yaşadıqları, şahidi olduqları faciəni tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb. 

1 /8

Şərhlər

Xəbər lenti

3 oktyabr, 16:44

Uşağı dərs oxumağa məcbur etmək olmaz – AÇIQLAMA

3 oktyabr, 16:42
3 oktyabr, 16:41

Heydər Əliyev Fondu tərəfindən inşa olunan daha bir məktəb binası istifadəyə verilib – FOTO

3 oktyabr, 15:41

MDU-da “Təkrar emal iqtisadiyyatı və davamlılıq siyasəti” mövzusunda konfrans keçirilib

3 oktyabr, 15:33

Xərçəngin əmələ gəlməsi və inkişafının yeni mexanizmi aşkar edilib

3 oktyabr, 13:15

Nobel laureatları hansı ailələrdən çıxır? Valideynləri düşündürəcək 5 həyat hekayəsi

3 oktyabr, 13:06

AzMİU BRAUIC konsorsiumuna üzv seçilib

3 oktyabr, 11:54

İndi dərs deyir, gələcəkdə kitab yazacaq – Gənc müəllimlərin arzuları

3 oktyabr, 11:53

AzMİU alimlərinin ixtirasına patent verilib

3 oktyabr, 11:45

Müasir idarəçilik sistemində inklüzivlik və onun sosial-iqtisadi əhəmiyyəti

3 oktyabr, 11:04

ADNSU-da yeni qaydalar təsdiqlənib

3 oktyabr, 10:52

Şəhid komandirin oğlu ikinci təhsilini alır: bu dəfə peşə təhsilinə üz tutub

3 oktyabr, 10:31

LDU-da Elmi Şurada tədrisin gedişi müzakirə olunub

3 oktyabr, 10:25

NDU-da “İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” mövzusunda konfrans keçirilib

3 oktyabr, 10:18

ADNSU-da İnnovativ Həllər Marafonu ilə bağlı infosessiya baş tutub

3 oktyabr, 10:15

UNEC-də “İnklüziv ali təhsil” mövzusunda konfrans keçirilir

3 oktyabr, 10:10

“ProQuest Central” bazası 123 müəssisənin istifadəsinə verilib

3 oktyabr, 10:06

“NASCO artıq beynəlxalq platformaya çevrilir” – ADNSU-nun prorektoru

3 oktyabr, 10:00

Afət Sadıqova: NASCO-ya seçim prosesində yeni ideyaları olan müəlliflərə üstünlük veriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.