
Cəlilabad rayonunun Göytəpə şəhərində yeni məktəb binası istifadəyə verilib
“Azərbaycan müəllimi” xəbər verir ki, Vasif Hüseynov adına 2 nömrəli tam orta məktəb üçün yeni binanın inşasına Heydər Əliyev Fondu tərəfindən 2024-cü ilin oktyabr ayında başlanılmışdı.
Qısa müddətdə tikinti işləri başa çatdırılıb, müasir tələblərə cavab verən təhsil ocağı inşa olunub.
Üçmərtəbəli, iki korpusdan ibarət məktəb binası 625 şagird yerlikdir. Burada sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb otaqları, texnologiya kabinetləri, müəllimlər otağı, texniki otaqlar, qarderob, kitabxana, yeməkxana, akt, idman və gimnastika zalları, açıq mini stadion – idman meydançası fəaliyyət göstərəcək.
Məktəb binası zəruri mebel və avadanlıqlarla təchiz olunub, fənn kabinetləri və laboratoriyalar isə müasir əyani vəsaitlərlə təmin edilib. Bundan əlavə, məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
1 /10
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər