Bütün xəbərlər
3 oktyabr, 17:41

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində çalışan bir qrup təhsil işçisi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan Nərminə Hüseynova cəmiyyətin aparıcı qüvvəsi olan təhsil işçilərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

N.Hüseynova təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə Elm və Təhsil Nazirliyi tərəfindən 16 təhsil işçisinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 30 təhsil işçisinin “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” və 92 təhsil işçisinin BŞTİ-nin Təşəkkürnaməsi ilə təltif olunduğunu qeyd edib.

Dövlət başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsil sahəsində aparılan islahatlardan danışan N.Hüseynova ölkəmizdə təhsil işçilərinin, xüsusən də  müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev müəllim nüfuzunun artırılması, nüfuzlu təhsilverənlərin formalaşdırılması istiqamətində dövlətin təhsil siyasətinə uyğun olaraq məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb, ölkəmizin intellektual potensialının gücləndirilməsi yolunda yorulmadan fəaliyyət göstərən təhsilverənlərə gələcək işlərində uğurlar arzulayıblar.

Təhsil işçiləri onların əməyinə verilən dəyərə görə təşəkkürlərini bildirib və bundan sonra da üzərlərinə düşən məsul vəzifənin öhdəsindən layiqincə gələcəklərini söyləyiblər.

Sonra təltif olunmuş 46 təhsil işçisinə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim edilib.

Pedaqoji fəaliyyətində səmərəli xidmətlərinə görə 92 təhsil işçisi BŞTİ tərəfindən Təşəkkürnamə ilə təltif edilib.

Tədbirdə 2, 3, 5, 7 və 8 nömrəli uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin ifasında müxtəlif musiqi və rəqs nömrələri təqdim olunub.

1 /17

Şərhlər

Xəbər lenti

24 oktyabr, 10:00

Müəllim adı – Qəzetin arxivindən

24 oktyabr, 09:02

Ən ucuzu 1, ən bahalısı 600 manatdır - Naxçıvandakı sərgidən REPORTAJ

23 oktyabr, 21:26

Tərbiyəçi-müəllim olmaq istəyənlərin nəzərinə 

23 oktyabr, 20:24

1413 bağça müdiri diaqnostik qiymətləndirilmədən keçiriləcək

23 oktyabr, 18:18

6600-dən çox müəllimin maaşı 35 faiz artacaq

23 oktyabr, 18:16

Maaşı artırılan müəllimlərin sayı açıqlandı

23 oktyabr, 17:41

2025-ci il üçün təhsilverənlərin sertifikatlaşdırılması və müsahibə mərhələsi bitib

23 oktyabr, 16:55

Direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu başlayıb

23 oktyabr, 15:32

Uşaqlar niyə dərsə həvəslərini itirirlər? -Motivasiyanı gücləndirən amillər

23 oktyabr, 12:35

Tələbə təqaüdləri – Kim daha çox təqaüd alır?

23 oktyabr, 12:03

Daha bir məktəb direktoru vəzifəsindən azad edildi

23 oktyabr, 11:39

Süni intellekt SAF-ın əsas istiqamətlərindən biri olacaq - İqrar Nəzərov

23 oktyabr, 11:35

Ali təhsil pilləsində STEAM tədrisi genişlənir

23 oktyabr, 11:16

Naxçıvanda Zəfər Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmat turniri keçiriləcək

23 oktyabr, 11:08

Daşkəsən rayonunda ümumi təhsil müəssisələrinə baxış keçirilib

23 oktyabr, 11:00

ADPU-da müasir müəllim bacarıqları mövzusunda görüş keçirilib

23 oktyabr, 10:50

BSU-da Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvləri ilə seminar baş tutacaq

23 oktyabr, 10:43

Layihə rəhbəri: STEAM dərsləri müxtəlif proqramlar üzrədir

23 oktyabr, 10:37

Musiqi və incəsənət sahələri üzrə işləmək istəyənlərin NƏZƏRİNƏ

23 oktyabr, 10:25

“Milli Proqram”a qeydiyyat davam edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.