
Pedaqogika üzrə elmlər doktoru, Əməkdar müəllim, əmək veteranı, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” laureatlı jurnalist-publisist, Prezident təqaüdlü, müstəqil tədqiqatçı Yusif Qazıyevin “Yaşamaq uğrunda mübarizə” kitabı işıq üzü görüb.
“Azərbaycan müəllimi” xəbər verir ki, müəllif kitabında öz həyat yolundan bəhs edib. Onun kitabda təqdim etdikləri sadəcə həyat hekayəsi deyil, bir çox insanlar üçün nümunəvi yoldur.
Adından da göründüyü kimi, bu kitabda 1934-cü ildə Arçut (indiki Ardıc) kəndində dünyaya göz açan müəllifhəyatda qalmaq uğrunda apardığı mübarizələrdən danışıb.

Kitabın şəkillərlə də zənginləşdirilməsi oxucunu Yusif Qazıyevin bütün həyatını göz önündə canlandırmağa kömək edir.
Kitabı oxuyarkən Yusif Qazıyevin təhsil sahəsində gördüyü işlərlə bağlı da məlumat əldə etmək mümkündür. Məsələn, o, müəllim kimi fəaliyyət göstərdiyi 2 məktəbdə 3 fərqli fənn üzrə dərs keçib. Ayrı-ayrı vaxtlarda həm ibtidai sinif, həm alman dili, həm də çağırışaqədərki hazırlıq fənn müəllimi işləyib. Yusif Qazıyev müəllimlik fəaliyyəti dövründə yalnız pedaqoji fəaliyyətlə kifayətlənməyərək elmi istiqamətə də zaman ayırıb və bunun nəticəsi olaraq ümumi pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Müəllifin 150-ə qədər məqalə və əsəri çap edilib. Yusif Qazıyev müəllim-alim adını 76 il (68 il müəllim, 8 il pedaqoji təhsil) şərəflə daşıyıb.
.jpeg)
Kitabda müəllif ailə dəyərlərinə də toxunub, onların qorunmasının vacibliyinə xüsusi diqqət çəkib. O, öz ailəsinin timsalında ailə münasibətlərindən, onun önəmindən danışıb, xatirələrindən bəhs edib.
“Yaşamaq uğrunda mübarizə” oxucuya sadə, amma dərin bir mesaj verir: ömür yalnız yaşanmaq üçün deyil, iz qoymaq üçündür.

Kitab gələcək müəllim və gənc alimlər üçün yalnız sadə mətn deyil, bir yol xəritəsidir, təkcə bir insanın yaşadıqları deyil, bütöv bir əsrin güzgüsüdür.
Qeyd edək ki, 862 səhifəlik kitabın redaktoru pedaqogika üzrə elmlər doktoru, Əməkdar elm xadimi, professor Fərrux Rüstəmov, rəyçisi filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramovdur.
Nərmin MƏMMƏDZADƏ
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər