
Oktyabrın 3-də "QS 2026" qlobal reytinqində yer alan Azərbaycan universitetlərinin təltif olunması mərasimi keçirilib.
Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, aparıcı universitetlərimizin rəhbər heyəti və QS agentliyinin regional direktoru Sergey Xristolyubov iştirak edib.
Qeyd edək ki, cari ilin iyun ayında elan olunmuş "QS 2026" qlobal reytinqinə Azərbaycandan ilk dəfə 9 universitet daxil olub. Bu göstərici ötən ilə nisbətən 3 dəfə artıb. Eyni zamanda, Azərbaycandan sözügedən reytinqə daxil olan universitetlərin sayı digər Cənubi Qafqaz ölkələrindən bu reytinqə daxil olan cəmi universitet sayından 3 dəfə çoxdur.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər