Bütün xəbərlər
6 oktyabr, 09:51

ŞƏHİDLİK müqəddəslikdir. Şəhidlik Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Şəhidlik şərəf, qeyrət, ucalıq, əlçatmaz zirvədir. Bu məqama yüksəlmək hər insana nəsib olmur. Yalnız seçilmişlər bu zirvəni fəth edir.

Qürur mənbəyimiz olan Şəhidlərimizin sırasında Səbail rayonu R.Hüseynov adına 49 nömrəli “İntellekt” məktəb-liseyin məzunları da var: Rəfail Hüseynov, Cəbrayıl Əsgərov, Nadir Hüseynov, Nicat Şükürlü, Vüsal Həsənov, Tacəddin Əzizli və Aydın Nəsirov. Onlar I və II Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək canlarını vətən uğrunda fəda verən məzunlarımızdır.  44 günlük Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə qalxan Səbail rayon igidləri haqq savaşına məhz 49 nömrəli məktəbdən yola salınıb. Təsadüfi deyil ki, təhsil ocağımız məktəbin məzunu şəhid Rəfail Maarif oğlu Hüseynovun adını daşıyır. 

Kollektivimizdə şəhid ailələrinə böyük diqqət və qayğı göstərilir. Məktəbin direktoru Elza Bağırzadə mütəmadi olaraq şəhid ailələri ilə görüşlər təşkil edir. Şəhidlərin valideynləri qürur hissi ilə məktəbə gəlirlər. Onlar tədbirlərimizin ali qonaqları olaraq şagirdlərə qəhrəmanlarımızın keçdikləri şərəfli həyat yolundan söhbət açır, onların vətənpərvərlik ruhunda böyüməsinə əvəzsiz töhfə verirlər. 

Şəhidlərimizi gələcək nəsillərə yaxından tanıtmaq biz müəllimlərin əsas vəzifəsidir. Bu məqsədlə məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın rəhbəri və üzvləri  şəhid məzunlarımız haqqında  QR kodlar hazırlamaq təşəbbüsü irəli sürdülər. Bu uğurlu təşəbbüs öz müsbət nəticəsini verdi. QR kod tətbiqi vasitəsilə həm məktəbimizi, həm də  məktəbin şəhid məzunlarını yaxından tanımaq daha əlçatan oldu. QR kodlar şəhid tablolarının üzərində yerləşdirilib. Məktəb kollektivi və qonaqlar kodları oxutmaqla şəhid məzunlar, onların həyatı, həmçinin döyüş şücaəti ilə yaxından tanış ola bilirlər.

Siz də bu QR kodu oxudun, məktəbimizi və məktəbimizin şəhid məzunlarını  yaxından tanıyın.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Şəhla  ƏLİYEVA, 
Bakı şəhəri 49 nömrəli “İntellekt” məktəb-liseyin müəllimi, “Kiçik Akademiya”nın rəhbəri

1 /2

Şərhlər

Xəbər lenti

6 oktyabr, 11:15

ETİHİ qabaqcıl müəllimləri təbrik edib

6 oktyabr, 11:12

BMU Malayziya Elm və Texnologiya Universiteti ilə əməkdaşlıq edəcək

6 oktyabr, 10:56

Prezident təqaüdçüsü: Universiteti də əla qiymətlərlə bitirəcəyəm 

6 oktyabr, 10:47

Naxçıvanda bir qrup müəllim təltif edilib

6 oktyabr, 10:42

Məktəblilər arasında respublika çempionatı başlayıb

6 oktyabr, 10:30

Naxçıvan məktəblisi MDB Oyunlarının medalçısı olub

6 oktyabr, 10:21

Azərbaycan nümayəndə heyəti Çində keçirilən forumda iştirak edib

6 oktyabr, 10:16

Azərbaycanlı alim beynəlxalq müsabiqənin qalibi oldu

6 oktyabr, 10:15

Xaricdə “İbtidai sinif müəllimliyi” üzrə oxuyanların hamısı peşə tanınması imtahanından kəsilib

6 oktyabr, 09:58

Naxçıvanda Prezident təqaüdünə layiq görülən məzunların sayı 25 faiz artıb

6 oktyabr, 09:52

2027–2030-cu illərdə elm və ali təhsilin strateji hədəfləri müzakirə olunub

6 oktyabr, 09:46

ADNSU-nun tələbəsi Dünya Robot Olimpiadasında II yeri tutub

5 oktyabr, 21:37

Qəlbi Xocalı ilə döyünən müəllim

5 oktyabr, 12:45

Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçirilib

5 oktyabr, 11:21

Mənim müəllim anam

5 oktyabr, 11:15

“Mənim müəllimlərə üç nəsihətim var...” – akademik Şalva Amonaşvili 

5 oktyabr, 10:19

Sevgi ilə sinfə girin - Ərdəm Söyləməz

5 oktyabr, 10:00

Bu gün müəllimliyə və müəllimə ehtiramın göstərildiyi gündür

5 oktyabr, 09:00

Əziz MÜƏLLİMLƏR! bilik və sevginizlə dünyanı dəyişirsiniz

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.