Bütün xəbərlər
6 oktyabr, 11:12

Bakı Mühəndislik Universiteti (BMU) ilə Malayziya Elm və Texnologiya Universiteti (MUST) arasında əməkdaşlıq perspektivlərinə dair görüş keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, onlayn formatda baş tutan ilk görüşdə BMU-nun Beynəlxalq əlaqələr şöbəsinin nümayəndələri, MUST-un Beynəxalq əlaqələr ofisinin direktoru Dr. Thanga Thurai Vengadasalam və akademik heyət iştirak edib.

BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül universitet haqda qarşı tərəfi məlumatlandırıb, eyni zamanda Malayziya universiteti ilə əməkdaşlığın mümkün istiqamətlərini vurğulayıb.

Tərəflər tələbə mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin icrası, əlaqələrin inkişafı ilə bağlı ortaq tezislərin hazırlanması, beynəlxalq tədbirlərin təşkili, həmçinin mühəndislik və informasiya texnologiyaları sahələrində ikili diplom proqramlarının icrası kimi məsələləri nəzərdən keçiriblər.

Müzakirələr zamanı tərəflər əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildiriblər. 

Sonda yaxın vaxtlarda qarşılıqlı səfərlərin təşkili, əməkdaşlıq sənədinin hazırlanması barədə razılıq əldə edilib.

Şərhlər

Xəbər lenti

6 oktyabr, 13:38

Yaradıcı müəllim təqdimat müsabiqəsinə start verilib

6 oktyabr, 13:34

Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçiriləcək

6 oktyabr, 13:30

Müəllimlər arasında “Fibonacci” intellektual yarışı keçirilib

6 oktyabr, 13:24

Naxçıvanda 9 məktəbin adı dəyişdirilib

6 oktyabr, 13:14

“Yüksəliş” qaliblərinin iştirakı ilə keçirilən Tələbə Mentorluq Proqramı yekunlaşıb

6 oktyabr, 12:48

Rəqəmsal nəsil: Azərbaycan məktəblərində süni intellekt

6 oktyabr, 12:44

Həyatın ən uca sözüdür “Müəllim” – Fotoreportaj

6 oktyabr, 12:42

ARTİ tərəfindən metodistlərlə onlayn görüş keçirilib

6 oktyabr, 12:35

İnklüziv və adaptiv təhsil ilə bağlı təlimlərə start verilib

6 oktyabr, 12:27

Son 2 ayda rekord sayda təhsil krediti müqaviləsi rəsmiləşdirilib – Bəhruz Əzimov

6 oktyabr, 11:15

ETİHİ qabaqcıl müəllimləri təbrik edib

6 oktyabr, 10:56

Prezident təqaüdçüsü: Universiteti də əla qiymətlərlə bitirəcəyəm 

6 oktyabr, 10:47

Naxçıvanda bir qrup müəllim təltif edilib

6 oktyabr, 10:42

Məktəblilər arasında respublika çempionatı başlayıb

6 oktyabr, 10:30

Naxçıvan məktəblisi MDB Oyunlarının medalçısı olub

6 oktyabr, 10:21

Azərbaycan nümayəndə heyəti Çində keçirilən forumda iştirak edib

6 oktyabr, 10:16

Azərbaycanlı alim beynəlxalq müsabiqənin qalibi oldu

6 oktyabr, 10:15

Xaricdə “İbtidai sinif müəllimliyi” üzrə oxuyanların hamısı peşə tanınması imtahanından kəsilib

6 oktyabr, 09:58

Naxçıvanda Prezident təqaüdünə layiq görülən məzunların sayı 25 faiz artıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.