Bütün xəbərlər
6 oktyabr, 09:52

Bakı Dövlət Universitetində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası” layihəsinin elm və ali təhsil istiqamətlərinə həsr olunmuş iclas keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Elm və Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinin rəhbərləri və ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

İclasda “Elm və ali təhsil ekosisteminin gücləndirilməsi” mövzusunda təqdimat edilib. Təqdimatda 2022–2025-ci illərdə elm və ali təhsil sahəsində əldə olunan nəticələr və 2030-cu ilə qədər nəzərdə tutulan fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Müzakirələr zamanı ali təhsilin əhatəliliyinin və əlçatanlığının artırılması, məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi, beynəlxalq rəqabətlilik və mobilliyin gücləndirilməsi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində elmin və ali təhsilin inkişaf etdirilməsi, elmi potensialın gücləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi kimi prioritetlər diqqətə çatdırılıb.

Bununla yanaşı, ali təhsil müəssisələrinin strateji inkişaf planlarının ölkənin sosial-iqtisadi hədəflərinə uyğunlaşdırılması, universitetlərin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və nəticə əsaslı elmi tədqiqatların stimullaşdırılması ilə bağlı təkliflər irəli sürülüb.

İştirakçılar qarşıdakı dövr üçün prioritetlərin müəyyənləşdirilməsi, müasir tələblərə cavab verən ali təhsil ekosisteminin formalaşdırılması və elmin cəmiyyətin inkişafındakı rolunun daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

1 /6

Şərhlər

Xəbər lenti

6 oktyabr, 11:15

ETİHİ qabaqcıl müəllimləri təbrik edib

6 oktyabr, 11:12

BMU Malayziya Elm və Texnologiya Universiteti ilə əməkdaşlıq edəcək

6 oktyabr, 10:56

Prezident təqaüdçüsü: Universiteti də əla qiymətlərlə bitirəcəyəm 

6 oktyabr, 10:47

Naxçıvanda bir qrup müəllim təltif edilib

6 oktyabr, 10:42

Məktəblilər arasında respublika çempionatı başlayıb

6 oktyabr, 10:30

Naxçıvan məktəblisi MDB Oyunlarının medalçısı olub

6 oktyabr, 10:21

Azərbaycan nümayəndə heyəti Çində keçirilən forumda iştirak edib

6 oktyabr, 10:16

Azərbaycanlı alim beynəlxalq müsabiqənin qalibi oldu

6 oktyabr, 10:15

Xaricdə “İbtidai sinif müəllimliyi” üzrə oxuyanların hamısı peşə tanınması imtahanından kəsilib

6 oktyabr, 09:58

Naxçıvanda Prezident təqaüdünə layiq görülən məzunların sayı 25 faiz artıb

6 oktyabr, 09:51

Şagirdlər şəhid məzunlar haqqında QR kodlar hazırlayıblar

6 oktyabr, 09:46

ADNSU-nun tələbəsi Dünya Robot Olimpiadasında II yeri tutub

5 oktyabr, 21:37

Qəlbi Xocalı ilə döyünən müəllim

5 oktyabr, 12:45

Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçirilib

5 oktyabr, 11:21

Mənim müəllim anam

5 oktyabr, 11:15

“Mənim müəllimlərə üç nəsihətim var...” – akademik Şalva Amonaşvili 

5 oktyabr, 10:19

Sevgi ilə sinfə girin - Ərdəm Söyləməz

5 oktyabr, 10:00

Bu gün müəllimliyə və müəllimə ehtiramın göstərildiyi gündür

5 oktyabr, 09:00

Əziz MÜƏLLİMLƏR! bilik və sevginizlə dünyanı dəyişirsiniz

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.