Bütün xəbərlər
7 oktyabr, 12:20

Vətən müharibəsi dövründə şəhid alovu düşüb yandırdığı ailələrdən biri oldu Arzu müəllimin evi. Oğlu Əlihüseynin şəhadət xəbəri ilə ürəyi qovrulub, birçəyi ağardı bir gecədə. Arzu Məmmədova Şəki rayonundandır. 1974-cü ildə anadan olub. Şəki şəhəri 11 nömrəli tam orta məktəbi bitirib müəllim olmaq istəyib. Azərbaycan Dövlət Pedaqoji Universitetində “İbtidai sinif müəllimliyi” ixtisası üzrə təhsil alıb, ilk dəfə 1996-cı ildə Bakı şəhərindəki 220 nömrəli tam orta məktəbdə sinfə girib, əvvəlcə müəllim, sonra direktor müavini işləyib. 2022-ci ildən 226 nömrəli tam orta məktəbin direktorudur.

Karyera pilləsində irəliləyərkən ailəsi də böyüyüb: “3 övladım var, iki oğlan, bir qız. Əlihüseyn şəhid olsa da, o, hələ də mənim ikinci övladım olaraq qalır”.

2020-ci ildən bəri iki oğlundan biri yoxdur, öz ifadəsi ilə desək, ona əli çatmır, o anasının səsini eşitmir. 

Əlihüseyn sentyabrın 27-dən ön cəbhədə döyüşüb. Füzulinin Qaraxanbəyli kəndi onun son döyüş yeri olub. Oktyabrın 9-da şəhid olan balası barəsində deyilənlər valideyn kimi köksünü qabardıb, ürəyi qürurla döyünüb: “Əlihüseyn oktyabrın 9-da saat 9.25-də minamyot qəlpəsi ilə ürəyindən aldığı yaradan şəhid olub. O günə qədər hər kəsin hörmətini qazanıb, komandirlərinin tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirib”.

Əlihüseyn Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  məzunu olandan sonra hərbi xidmətə gedib: “Energetika mühəndisliyi” ixtisası üzrə təhsi aldı. Universiteti bitirən kimi çağırış gözləmədən özü gedib müraciət etdi. Füzuli rayonundakı hərbi hissələrdən birində xidmətə başladı. Müharibə başladığı gündən isə Füzuli istiqamətində gedən döyüşlərə qoşulub. Komandiri dedi ki, tapşırıqları birinci o yerinə yetirib, əmri yerinə yetirməyə ilk o gedib. Hər tapşırığı layiqincə yerinə yetirib. Xidmət etdiyi hərbi hissədə iki ali təhsilli əsgərdən biri olub”. 

Həm şagird, həm tələbə, həm də əsgər kimi nümunəvi olub Arzu müəllimin yetişdirdiyi oğul. Hər yerdə davranışı, insanlara münasibəti, başqaları ilə ünsiyyətinə görə təqdir edilib.

2020-ci il oktyabrın 9-da Füzuli- Cəbrayıl- Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan əsgər “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhid anası Arzu Məmmədova həyatı boyu özünü inkişaf etdirərək bir sıra bacarıqlar qazanıb, müəllimlikdə yüksəlib, karyera pilləsində yüksəlib, məktəb idarəetməsində böyük təcrübə toplayıb. 1996-cı ildən bəri yüzlərlə şagirdə müəllim, bir o qədər insana bələdçi, məsləhətçi olub. 

Peşə bayramın mübarək olsun, ŞƏHİD ANASI MÜƏLLİM! 

1 /3

Şərhlər

Xəbər lenti

7 oktyabr, 13:59

Fizika üzrə Nobel laureatlarının adları açıqlandı

7 oktyabr, 13:45

73 yaşlı tələbə III MDB Oyunlarının könüllüsü oldu 

7 oktyabr, 13:40

Ən çox kredit alanlar bu ixtisaslarda oxuyurlar – SİYAHI

7 oktyabr, 13:32

Təhsil tələbə krediti üçün ayrılan vəsaitin məbləği artıb

7 oktyabr, 13:30

Tələbələrin 470 min manatdan çox kredit borcu bağışlanıb

7 oktyabr, 13:28

1077 ailənin iki, 24 ailənin isə üç üzvü təhsil krediti ilə oxuyur

7 oktyabr, 13:26

Ən çox kredit alanlar bu universitetlərin tələbələridir – SİYAHI

7 oktyabr, 13:20

Mütəxəssis: Karyera planlamasında valideyn-dost məsləhətləri hər zaman uğurlu olmur – MÜSAHİBƏ

7 oktyabr, 13:12

Tələbələrə 60 milyon manatdan çox təhsil krediti verilib

7 oktyabr, 13:03

Nazir müşaviri: Son üç ildə elmi məqalələrimizin keyfiyyəti artıb

7 oktyabr, 12:34

NDU-da startapçı tələbələrlə görüş keçirilib

7 oktyabr, 12:25

Rəqəmsallaşma saxta diplomlarla bağlı yeni reallığı üzə çıxarıb – TKTA sədri

7 oktyabr, 11:52

Sertifikatlaşmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

7 oktyabr, 11:46

“Hələ tam dərk etmirəm” – Nobel laureatı xəbəri necə aldı?

7 oktyabr, 11:19

Tural Əhmədov: Azərbaycanın bütün universitetlərinin diplomu xaricdə tanınır

7 oktyabr, 10:58

AzMİU və Fırat Universiteti arasında tətbiqyönlü elmi əməkdaşlığa start verilib

7 oktyabr, 10:46

Distant təhsil alanların diplomları niyə tanınmır?

7 oktyabr, 10:32

Biləsuvar rayonunda veloyürüş keçirilib

7 oktyabr, 10:15

AzMİU və “Holberton School” arasında əməkdaşlıq genişlənir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.