
Azərbayacanda təhsil tələbə krediti üçün müracit edərək rəsmiləşməyə nail olan 1077 ailənin 2 üzvü, 24 ailənin 3 üzvü təhsil krediti ilə oxuyur.
Bunu “Azərbaycan müəllimi”nə Təhsil Tələbə Kredit Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov deyib.
Onun sözlərinə görə, 1101 ailədən 2226 tələbə ilə təhsil krediti müqaviləsi rəsmiləşdirilib. Onlardan 24 ailənin 3 üzvü təhsil krediti ilə oxuyur və onların sayı 72 nəfərdir. Müqaviləsi rəsmiləşdirilən 2154 tələbə isə 2 üzvü təhsil krediti ilə oxuyan 1077 ailəninin üzvüdür”.
Eyni ailənin üzvləri arasında həm standart, həm də sosial kreditlə oxuyanlar var: “Bir ailə üzvləri olan 982 tələbə üçün sosial, 1244 tələbə üçün isə standart təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər