Bütün xəbərlər
7 oktyabr, 10:58

“Araştırma Üniversiteleri Destek Programı” (ADEP) çərçivəsində qalib gəlmiş “Metal istehsal tullantılarından dəyərli metalların əldə edilməsi üçün üyütmə mühitlərinin tədqiqi” (ADEP.25.12) layihəsi üzrə ilk görüş keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə sənaye tullantılarından dəyərli metalların bərpası istiqamətində tədqiqat planı, laborator imkanlar və icra mexanizmləri müzakirə olunub.

AzMİU-nun Fizika və kimya kafedrasının müəllimi kimya üzrə fəlsəfə doktoru Rəna Xankişiyeva Türkiyənin Fırat Universitetinin Metallurgiya və materiallar mühəndisliyi kafedrasının dəvəti ilə layihə çərçivəsində Elazığ şəhərinə səfər edib. Səfər zamanı tərəflər sənaye tullantılarından dəyərli metalların bərpası mövzusunda birgə tədqiqatın konturlarını razılaşdırıb və laborator imkanlar ilə metodologiyalar üzrə qarşılıqlı təqdimatlar keçiriblər.

Layihə rəhbəri professor Mehmet Deniz Turan layihənin hədəflərini təqdim edib, laborator infrastrukturun paylaşımı və icra mexanizmlərini diqqətə çatdırıb. Görüşdə həmçinin sənaye tullantılarının dəyərli metallara çevrilməsinin strateji əhəmiyyəti və liç sularından qiymətli metalları selektiv qazanmaq üçün görüləcək işlər müzakirə olunub.

Bundan əlavə, səfər müddətində Rəna Xankişiyeva Mühəndislikdə İnkişaf və İnnovasiyalar üzrə III Beynəlxalq Konfransda (ICAIE 2025) “Novel Chitosan–PVA-Based Hydrogels for Efficient Adsorption of Heavy Metal Ions from Aqueous Media” mövzusunda məruzə ilə çıxış edib və sertifikatla təltif olunub. Tədqiqatda funksional qrupların paylanması və şəbəkə quruluşu sayəsində yüksək sorbsiya qabiliyyəti, sürətli kinetika və regenerasiya imkanı nümayiş olunub, bu da ağır metal ionlarının səmərəli uzaqlaşdırılması üçün dairəvi iqtisadiyyat və yaşıl kimya prinsiplərinə uyğun tətbiq perspektivlərini göstərir.

Səfər və açılış görüşünün nəticəsi olaraq tərəflər birgə elmi məqalələrin hazırlanması, tədqiqatçı mobilliyi və gələcək patent üçün ilkin sübut bazasının yaradılması barədə razılığa gəliblər. Layihənin elmi nəticələrinin sənaye tətbiqlərinə transferi üçün zəruri SOP və pilot protokollar mərhələli şəkildə icra ediləcək.

1 /6

Şərhlər

Xəbər lenti

7 oktyabr, 12:25

Rəqəmsallaşma saxta diplomlarla bağlı yeni reallığı üzə çıxarıb – TKTA sədri

7 oktyabr, 12:20

Şəhid anası müəllim: Oğlum xidmət etdiyi hərbi hissədə 2 ali təhsilli əsgərdən biri olub

7 oktyabr, 11:52

Sertifikatlaşmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

7 oktyabr, 11:46

“Hələ tam dərk etmirəm” – Nobel laureatı xəbəri necə aldı?

7 oktyabr, 11:19

Tural Əhmədov: Azərbaycanın bütün universitetlərinin diplomu xaricdə tanınır

7 oktyabr, 10:46

Distant təhsil alanların diplomları niyə tanınmır?

7 oktyabr, 10:32

Biləsuvar rayonunda veloyürüş keçirilib

7 oktyabr, 10:15

AzMİU və “Holberton School” arasında əməkdaşlıq genişlənir

7 oktyabr, 10:08

ASTMK sədri təcrübə imkanlarını mobil tətbiqdə təqdim etməyi təklif etdi 

7 oktyabr, 10:03

Tələbələr karyeraya gedən yolda 1-2 ay ödənişsiz çalışmaqdan qorxmamalıdırlar - Bank nümayəndəsi 

7 oktyabr, 09:46

UNEC tələbəsi NASA-nın saytında təhlükəsizlik boşluğu aşkarlayıb

7 oktyabr, 09:41

Təhsil krediti ilə oxuyan məzunların 65 faizinin geri ödəməsi başlayıb - Bəhruz Əzimov

6 oktyabr, 18:03

“Karyera imkanları və işəgötürənlərlə əməkdaşlıq” mövzusunda tədbir keçirilib 

6 oktyabr, 17:47

Təhsil işçilərinə təltiflər təqdim edilib

6 oktyabr, 17:34

MDB Oyunlarının qızıl medalçısı: Daha gözəl nəticələr əldə etmək istəyirəm

6 oktyabr, 17:21

ADNSU-da Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda təlim keçirilib

6 oktyabr, 17:20

Müəllimlər üçün tibbi müayinələr təşkil olunub

6 oktyabr, 17:07

NDU-nun İnnovasiya Mərkəzində İstanbul Universitetinin dosenti təlim keçib

6 oktyabr, 16:57

İstedadlı şagird: Məktəbi bir il tez bitirəcəyim üçün qürur duyuram

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.