Bütün xəbərlər
7 oktyabr, 16:35

Azərbaycanın gələcəyi olan gənclər arasında elələri var ki, onlar öz bilik və əzmlərinə görə digər gənclər üçün nümunə sayıla bilərlər. Azərbaycan Prezidentinin imzaladığı yeni Sərəncama əsasən, 2025-2026-cı tədris ilində tələbə qəbulu imtahanlarında ən yüksək nəticə göstərmiş 102 tələbə Prezident təqaüdünə layiq görülüb. Onların sırasında Bakı Dövlət Universitetinin (BDU) 16 tələbəsi də yer alıb. Bilik, zəhmət və məqsədyönlülükləri ilə fərqlənən gənclər “Azərbaycan müəllimi”nə Prezident təqaüdünə layiq görülməyin sevincini, imtahana hazırlaşma prosesində qazandıqları təcrübəni bölüşüblər.

“Özümü hüquq sahəsində daha yaxşı formalaşdıra biləcəyimi düşündüm”

Kəlbəcər rayon 76 nömrəli tam orta məktəbi bitirən Səma Əzizli qəbul imtahanında 681,4 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisasına (tədris ingilis dili) qəbul olub. O, bu sahəni seçmə səbəbindən danışaraq deyir ki, hüququ pozanlara qarşı çıxmaq və insanların hüquqlarını qorumaq istəyir, xüsusilə də qadın hüquqlarını: “Son dönəmdə bu sahə cəmiyyət üçün əsas problemlərdən biridir. Hüquq sahəsi çox prestijlidir və özümü burada daha yaxşı formalaşdıra biləcəyimi düşündüm. Bakalavr təhsilimi bitirdikdən sonra magistr təhsilimi xaricdə davam etdirmək və ya seçdiyim ölkədə, ya da öz ölkəmdə müxtəlif orqan və təşkilatlarda işləyərək vətəni layiqincə təmsil etmək istəyirəm. Hüquq fakültəsində oxumaq mənim məqsədim olduğu kimi, magistr təhsilimi xaricdə almaq da hədəfimdir”.

“Yorulduğum anlarda məqsəd və arzularımı xatırlayaraq bu vəziyyətdən çıxırdım”

Səma üçün yaxşı təhsil ixtisası üzrə tam formalaşmaq, lazımi bilik və bacarıqları əldə etmək deməkdir: “Bu yolda ən çox özümün inam və çalışqanlığım mənə dəstək oldu, daha sonra isə valideyn və müəllimlərim yardım göstərdi. Abituriyentlik dönəmi çox stresli və qayğılı bir dövrdür, hər kəs bu stresi yaşayır. Təbii ki, həmişə motivasiyalı ola bilməzdim. Yorulduğum və düşkünlük yaşadığım anlarda öz məqsəd və arzularımı xatırlayaraq bu vəziyyətdən çıxırdım. Özümlə söhbət etmək və özümü dinləməyi bacarmaq mənə kömək edirdi”.

“Xəbəri eşidəndə çox sevindim, özümlə bir daha qürur duydum”

Səma statistikaya baxaraq əvvəldən adının Prezident təqaüdcülərinin siyahısına düşəcəyini güman edib, yalnız rəsmi açıqlamanı gözləyib: “Xəbəri eşidəndə çox sevindim, özümlə bir daha qürur duydum və məqsədimə çatdığımı bildim. Sonra isə xəbəri ailəm və dostlarımla bölüşdüm. Bu təqaüdün mənim təhsil həyatıma böyük fayda verəcəyini ümid edirəm. Tələbəlik dönəmi də abituriyentlik kimi qayğılı bir dövrdür və gündəlik xərclərim, təhsil məsələlərimdə bu təqaüd mənə böyük dəstək olacaq. Təqaüdə layiq görüldüyüm üçün özümlə qürur duyuram və məqsədimə çatmaq üçün bundan sonra da çox çalışacağam”.

“Hüquq yalnız qanunları bilmək deyil, həm də insanlara haqqını çatdırmaq və cəmiyyətin inkişafına yön verməkdir”

Xırdalan şəhər 3 nömrəli tam orta məktəbin məzunu Röyal Şirinov qəbul imtahanlarında 687,3 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisasının (tədris ingilis dilində) tələbəsi adını qazanıb. Röyal üçün bu sahə sadəcə bir ixtisas seçimi deyil, uşaqlıq arzusu və mənəvi dəyərdir: “Hüquq sahəsini seçməyimin əsas səbəblərindən biri ədalət anlayışına dərin hörmətim və cəmiyyətdə ədalətin qorunmasına töhfə vermək istəyim olub. Məncə, hüquq yalnız qanunları bilmək deyil, həm də insanlara haqqını çatdırmaq və cəmiyyətin inkişafına yön vermək deməkdir”.

Gələcək planlarından danışan tələbə qeyd edir ki, əsas məqsədi ölkənin hüquq sisteminin inkişafına xidmət etməkdir: “Xüsusilə hüquqlarını bilməyən şəxslər arasında hüquqi maarifləndirməyə və ədalətli cəmiyyət quruluşuna töhfə vermək istəyirəm. Hüququn aliliyinin qorunması və vətəndaşların hüquqlarının təmin olunması istiqamətində çalışmaq mənim üçün bir vətəndaşlıq borcudur. Yalnız bilik və bacarıqları artırmaq deyil, həm də fərqli hüquq sistemləri və düşüncə tərzlərini öyrənmək fürsətidir. Lakin mənim üçün əsas olan bu bilikləri ölkəmə gətirib tətbiq etmək, Azərbaycanın hüquqi sisteminin təkmilləşməsinə töhfə verməkdir”.

Uğur yolunda Röyala ən böyük dəstək ailəsi olub: “Onların mənə olan inamı və dəstəyi motivasiyamı qorumaqda ən əsas amil idi. Hər çətin anımda ailəmə üz tutmuşam. Uğurlarımda onların payı böyükdür. İmtahan dövrlərində bəzən yorulduğum, ruhdan düşdüyüm anlar olurdu. Amma belə vaxtlarda sakitləşib fikirlərimi toplamağa çalışırdım. Ailəmin mənə olan inamı və qarşıma qoyduğum məqsədləri xatırlamaq motivasiyamı bərpa edirdi. Çətinliklər mənə səbir və iradə qazandırdı, indi anlayıram ki, o gərginliklər inkişafım üçün vacib imiş”.   

“Həmin an yanımda anam var idi, xəbəri onunla bölüşmək mənim üçün çox dəyərli idi”

Prezident təqaüdünə layiq görüldüyünü öyrənəndə isə onun sevinci ikiqat olub: “Hər nə qədər bu nəticəni gözləsəm də, rəsmi təsdiqi almaq məni çox sevindirdi. Həmin an yanımda anam var idi, xəbəri onunla bölüşmək mənim üçün çox dəyərli idi. Bu təqaüd səylərimin nəticəsi və mənə göstərilən dəyərin ifadəsidir. Eyni zamanda, bu, daha çox çalışmaq və qazandığım biliklərlə ölkəmə fayda vermək üçün əlavə stimul yaradır. Bu etimadı doğrultmaq və gələcəkdə ölkə üçün dəyərli hüquqşünas olmaq əsas məqsədimdir”.

Şərhlər

Xəbər lenti

7 oktyabr, 17:24

“Bu təqaüd mənim üçün böyük məsuliyyətdir” – Prezident təqaüdçülərinin təəssüratları

7 oktyabr, 17:19

LDU-da “Azad Mirzəcanzadə İnkişaf Proqramı”nın növbəti infosessiyası keçirilib

7 oktyabr, 16:59

“Ali riyaziyyat üzrə yarış – 3”ün qalibləri mükafatlandırılıb

7 oktyabr, 16:16

Riyaziyyat olimpiadasının 8-9-cu siniflər üzrə II mərhələsi keçiriləcək

7 oktyabr, 15:26

İlham Əliyev: Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq

7 oktyabr, 15:08

Nobel laureatlarının kəşfi elmi və klinik irəliləyişlərə təkan verəcək – Gənc tədqiqatçı

7 oktyabr, 14:48

ADPU-da “Azərbaycan - müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

7 oktyabr, 14:47

Övladınız dərs oxumursa, bunları edin! – Psixoloqdan tövsiyə

7 oktyabr, 13:59

Fizika üzrə Nobel laureatlarının adları açıqlandı

7 oktyabr, 13:45

73 yaşlı tələbə III MDB Oyunlarının könüllüsü oldu 

7 oktyabr, 13:40

Ən çox kredit alanlar bu ixtisaslarda oxuyurlar – SİYAHI

7 oktyabr, 13:32

Təhsil tələbə krediti üçün ayrılan vəsaitin məbləği artıb

7 oktyabr, 13:30

Tələbələrin 470 min manatdan çox kredit borcu bağışlanıb

7 oktyabr, 13:28

24 ailədən üç nəfər təhsil tələbə krediti alıb

7 oktyabr, 13:26

Ən çox kredit alanlar bu universitetlərin tələbələridir – SİYAHI

7 oktyabr, 13:20

Mütəxəssis: Karyera planlamasında valideyn-dost məsləhətləri hər zaman uğurlu olmur – MÜSAHİBƏ

7 oktyabr, 13:12

Tələbələrə 60 milyon manatdan çox təhsil krediti verilib

7 oktyabr, 13:03

Nazir müşaviri: Son üç ildə elmi məqalələrimizin keyfiyyəti artıb

7 oktyabr, 12:34

NDU-da startapçı tələbələrlə görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.