.jpg)
“Qommunist Məarifi” qəzeti, 1935-ci i, №30
Tədris ili əvvəlindən Bakı və rayonlarda bir çox gənc müəllimlər pedaqoji işə cəlb edilmişdir. Metodiki hazırlıqları az olduğundan onlara metodiki və başqa sahələrdə yardım etmək günün ən zəruri məsələlərindən biridir. Gənc müəllimlərə hərtərəfli yardım məsələsinə indiyə kimi maarif şöbələri çox az əhəmiyyət vermişlərdir. Dərs prosesi bu cəhətin zəif aparılmasını açıqcasına sübut etməkdədir. Ona görə də bu məsələni maarif şöbələri, məktəb direktorları, tədris müdirləri maksimal dərəcədə əhatə etməlidirlər. Bu işi kampaniya şəklində deyil, müntəzəm olaraq aparmaq lazımdır. Bu yardım məktəb daxilində olduğu kimi rayon miqyasında pedaqoji kabinələr vasitəsilə də olmalıdır.
Gənc müəllimlərə ediləcək yardıma təxminən aşağıdakılar daxil olmalıdır:
1. Gənc müəllimlərin iş prosesinə yardım üçün onları təcrübəli müəllimlərə təhkim etməli.
2. Dərs prosesinin gedişi ilə onları yaxından tanış etmək məqsədilə onlara göstərici dərslər verilməlidir. Bu dərsin konspekti əvvəlcədən təcrübəli müəllimlərdən biri ilə tədris işini hazırlayaraq gənc müəllimin iştirakı ilə həmin dərsi aparmalı, sonra bu növ dərs gənc müəllim tərəfindən təcrübəli müəllimin iştirakı ilə verilib dərsin analizi zamanı metodik tərəflər nəzərə alındığı kimi dərsin təşkili və mövzusu da nəzərdə tutulmalıdır.
3. Məktəbin tədris hissə müdiri gənc müəllimin dərslərində iştirak edib dərsin mənimsədilməsində onlara yardım etməlidir.
4. Tədris hissə müdiri gənc müəllimin gündəlik planını yoxlayarkən müəllimin öz hazırlığını da yoxlamalıdır (dərs nə kimi maraqla keçib, nə yazdıracağını konkret olaraq sormalı).
5. Məktəb daxilindəki metodbirləşmədə mütləq ümumi metodikaya aid didaktik məsələlər həll edilməli.
6. Tədris müdirləri elə şərait yaratmalıdırlar ki, gənc müəllimlər nümunə məktəbləri dərslərində iştirak edə bilsinlər.
7. Gənc müəllimlərə yardım vasitələrindən biri də məktəblərdə təşkil edilmiş metodik guşələrdir. Bu guşələr ümumi və xüsusi metodlara aid sxemlər, didaktik materiallar, dərs təchizinə aid göstərişlərlə təchiz edilməlidirlər.
8. Metodik guşələr müəllimin birinci növbədə istifadə edəcəyi ədəbiyyatlarla təmin edilməlidir. “Müəllimə kömək”, “Qommunist məarifi” və i.
9. Tədris müdiri özü bir tema ətrafında konspekt tərtib edərək gənc müəllimə həmin dərsi verdirməlidir (öz iştirakı ilə).
10. Metod guşələrdə müəllimlərin konsultasiya saatlarını təşkil edərək gənc müəllimlərin təsadüf etdikləri çətinliklərə göstəriş verib lazımi ədəbiyyat mənbələri göstərilməlidir.
11. Gənc müəllimləri yaxşı yazı və təmiz dəftər saxlamaqla tanış etmək üçün metod guşədə məktəblərdən toplanan yazı dəftərləri sərgisi təşkil edilməlidir.
Yuxarıda qeyd etdiyimiz işlər yalnız tədris hissə müdirinin gündəlik operativ rəhbərliyi ilə təmin edilə bilər.
Gənc müəllimlərə rayon miqyasında (pedaqoji kabinə və maarif şöbəsi nəzdində) aşağıda göstərdiyimiz yardımları etmək mümkündür:
1. MŞ-si metodistləri gənc müəllimlər üçün ayrıca konsultasiya saatları ayırmaqla rayonun bütün təcrübəli müəllimlərini bu iş ətrafına cəlb etməlidir.
2. Gənc müəllimləri siyasi kurslara tamamilə cəlb etməli.
3. Bakı Xalq maarif və rayon maarif şöbəsinin təcrübəli metodistlərin iştirakı ilə ayda bir dəfədən az olmayaraq gənc müəllimlərlə metodikaya aid söhbətlər keçirməli.
4. Qiyabi təhsil işləri gənc müəllimlər arasında daha geniş realizə edilməlidir.
Yuxarıda qeyd etdiyimiz əsasları nəzərə alaraq maarif orqanları gənc müəllimlərin səmərəli iş əldə etmələrinə diqqət yetirməklə onların pedaqoji prosesini düzgün mənimsəmələrinə yardım etməlidir.
M.Çudesniqov,
Ə.N.Babaşov
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər