Bütün xəbərlər
17 sentyabr, 13:15

İsveç hökuməti 2026-cı ilin payızından etibarən bütün məktəblərdə və məktəbdənkənar müəssisələrdə mobil telefon istifadəsini qadağan edəcək. 

“Azərbaycan müəllimi” xəbər verir ki, yeni qaydaya əsasən, şagirdlərin telefonları günün əvvəlində toplanacaq və dərs bitdikdən sonra geri qaytarılacaq.

Qadağa 7-16 yaşlı bütün şagirdlərə şamil ediləcək və məqsəd həm tədris prosesində diqqəti artırmaq, həm də təhlükəsizlik tədbirlərini gücləndirməkdir.

İsveçin yeni təhsil naziri Simona Mohamsson açıqlamasında bildirib ki, bu, son 30 ildə ölkə təhsil sistemində həyata keçiriləcək ən böyük islahat paketinin tərkib hissəsidir. Yeni büdcə layihəsində yalnız telefon qadağasının tətbiqi üçün 2026-cı ilə 95 milyon, 2027-ci ilə isə 100 milyon İsveç kronu ayrılıb.

Hazırda İsveç məktəblərinin əksəriyyətində telefonlar dərs başlayanda toplanır, lakin şagirdlər müxtəlif yollarla bu qadağanı aşmağa çalışırlar. Yeni qərar isə vahid qayda kimi bütün məktəblərdə məcburi olacaq.

Qeyd edək ki, son illər Avropa ölkələri arasında məktəblərdə mobil telefon istifadəsinə məhdudiyyətlər artmaqdadır. Danimarka, Norveç, Niderland və Fransa da artıq oxşar tədbirlər həyata keçiriblər. Tədqiqatlar göstərir ki, telefonların qadağan olunması şagirdlərin dərsə diqqətini artırır və tədris nəticələrinə müsbət təsir göstərir.

Şərhlər

Xəbər lenti

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.