Bütün xəbərlər
17 sentyabr, 15:51

Böyük Britaniyanın Fizika İnstitutunun (Institute of Physics – IoP) apardığı təhlilə görə, İngiltərədə dövlət məktəblərinin dörddə biri yeni dərs ilinə ixtisaslı fizika müəllimi olmadan başlayacaq. Bu isə ümumilikdə 700 min şagirdin fənni mütəxəssis olmayan müəllimlərdən öyrənməsi deməkdir.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədqiqata əsasən, hazırda şagirdlərin 58 faizi fizikanı bu sahə üzrə ixtisas təhsili almamış müəllimlərdən öyrənir. Hesabatda qeyd olunur ki, ixtisaslı müəllimlərin çatışmazlığı nəticəsində hər il 12 min şagird “A” səviyyə fizika imtahanından kənarda qalır, 300-dən çox dövlət məktəbi isə heç bir məzunun fizikanı ali səviyyədə davam etdirməsinə nail ola bilmir.

İnstitutun rəhbəri Tom Qrinyer bildirib ki, bu böhran həm şagirdlərin, həm də ölkənin gələcəyi üçün təhlükə yaradır. Çünki yüz minlərlə gənc fənni mütəxəssis olmayan müəllimdən öyrənir. Bu isə gələcəkdə elm, texnologiya və mühəndislik sahələrində kadr çatışmazlığına gətirib çıxaracaq.

Məlumata görə, fizika müəllimlərinin çatışmazlığı artıq 30 ildən çoxdur ki, müşahidə olunur. Statistikaya görə, yeni işə başlayan fizika müəllimlərinin 44 faizi ilk beş ildə peşəni tərk edir.

IoP vəziyyətdən çıxış yolu kimi hökumətə 10 il ərzində 120 milyon funt sterlinq həcmində xüsusi proqram həyata keçirməyi təklif edir.

Böyük Britaniya Təhsil Nazirliyi isə bildirib ki, hazırda 6 500 yeni müəllimin işə cəlb edilməsi planı icra olunur, STEM fənləri üzrə müəllim hazırlığına maraq ötən illə müqayisədə 25% artıb. Bununla yanaşı, ixtisaslı müəllimlərin sayını artırmaq üçün vergi güzəştləri və əlavə stimullar tətbiq ediləcək.

Şərhlər

Xəbər lenti

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.