Bütün xəbərlər
17 sentyabr, 15:11

Azərbaycana səfərə gələn Şimali Kipr Türk Cümhuriyyətinin Kipr Bahçeşehir Universitetinin (KBU) rektoru Mehmet Toycanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub. 

“Azərbaycan müəllimi” xəbər verir ki, qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

Qonaqları salamlayan rektor Vilayət Vəliyev onları AzTU-da görməkdən məmnunluğunu ifadə edib. Rektor universitetdə görülən işlər, həyata keçirilən təhsil proqramları, icra edilən layihələr, beynəlxalq əməkdaşlıq, eləcə də AzTU-nun elm və tədqiqat sahəsində gələcək hədəfləri barədə qonaqları məlumatlandırıb.

KBU-nun rektoru Mehmet Toycan təmsil etdiyi ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. O, Şimali Kipr Türk Cümhuriyyətindəki ali təhsil müəssisələrinin Azərbaycan ali təhsil müəssisələri ilə tədris və tədqiqat sahəsində əməkdaşlıq qurmasında maraqlı olduğunu deyib.

Görüş zamanı AzTU ilə KBU nümayəndələri arasında tələbə və akademik heyətin qarşılıqlı mübadiləsi, birgə elmi-tədqiqatlar, ikili diplom proqramları imkanları müzakirə olunub.

Sonda universitetlər arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. 

1 /7

Şərhlər

Xəbər lenti

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

17 sentyabr, 11:37

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təşkil olunan təlimlər yekunlaşıb

17 sentyabr, 11:29

Nazir müavini və DİM sədri Bərdə Dövlət Peşə Təhsil Mərkəzini ziyarət ediblər

17 sentyabr, 11:03

Universitetlərin inkişaf yolu: Rəqəmlərdən keyfiyyətə doğru

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.