Bütün xəbərlər
30 oktyabr, 12:01

Azərbaycanda ilk dəfə 30 ümumi təhsil müəssisəsinin 7-9-cu siniflərindən seçilmiş 600 məktəblini bir araya gətirən Beynəlxalq Kosmik Olimpiadanın milli mərhələsinə start verilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə “Azərkosmos” məlumat yayıb. Belə ki, olimpiadaya cəlb olunmuş şagirdlər, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri, beynəlxalq tərəfdaşlar, məktəb direktorları, olimpiadanın fasilitator müəllimləri, layihə koordinatorları ilə görüş keçirilib. Görüşdə olimpiadanın hədəfi, məqsədləri, iştirak qaydaları, mərhələləri, mövzular, mərhələlər üzrə tapşırıqların icrası və təsdiq edilməsi qaydaları barədə bütün zəruri məlumatlar təqdim edilib.

Bildirilib ki, milli mərhələ 2024-2025-ci tədris ilini əhatə edəcək. İnteraktiv metoda əsaslanan olimpiada mərhələlərini keçən məktəblilər 7 ay müddətində “Kosmik stansiyalar-innovasiyalar və biznes həlləri” mövzusu istiqamətində problemlərin orijinal həllərini tapmaqla təcrübə qazanacaqlar. İnteraktiv metod imkan verəcək ki, məktəblilər bilikləri hazır şəkildə deyil, bu bilikləri daha çox özləri birlikdə axtarıb taparaq ortaya həll qoysunlar.

Xatırladaq ki, kosmik olimpiada “Azərkosmos”un “KOSMİK Akademiya”sının təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və “STEAM Azərbaycan”ın dəstəyi ilə keçirilir.

1 /3

Şərhlər

Xəbər lenti

23 oktyabr, 09:30

STEAM təlimi bütün fənlərlə inteqrasiya ediləcək

22 oktyabr, 18:53

AzTU-da əcnəbi tələbələr üçün maarifləndirici tədbir keçirilib

22 oktyabr, 18:49

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək - SƏRƏNCAM 

22 oktyabr, 17:25

Şagirdlərin dərsi həqiqətən mənimsədiyini necə öyrənə bilərik? - 5 SADƏ ADDIM

22 oktyabr, 15:33

VII sinif şagirdi məktəbin pəncərəsindən yıxılıb - Rəsmi açıqlama

22 oktyabr, 15:31

ABŞ-də yeni məktəb modeli: Hər gün yalnız 2 saat akademik dərs  

22 oktyabr, 15:23

Diaqnostik qiymətləndirmə bağçaların idarəçiliyindəki boşluqları aradan qaldıra bilər - Deputat

22 oktyabr, 15:21

Vüsal Göyüşov: Din təhsili müasir pedaqoji yanaşmalarla zənginləşdirilməlidir

22 oktyabr, 13:12

Rektor: Azərbaycan və Türkiyə universitetləri ortaq gələcək formalaşdırır

22 oktyabr, 13:01

Rektor: Mədrəsə təhsili radikallığın birbaşa mənbəyi deyil

22 oktyabr, 12:55

Zaqatalanın kənd məktəbində işləmək istəyən müəllimlərin NƏZƏRİNƏ

22 oktyabr, 12:05

Məktəb kitabxanaları – Düşünən gəncliyin təməl beşiyi

22 oktyabr, 11:51

Rafael Hüseynov: Sağlam din qədər mükəmməl təhsil də zəruridir

22 oktyabr, 11:42

Təhsilalanlarda din haqqında təsəvvürlərin formalaşmasına diqqət yetirilir - Nazir müavini

22 oktyabr, 11:37

Firudin Qurbanov: Dinlər haqqında məlumatlılıq gənclərdə dinlərə qarşı hörmət formalaşdırır

22 oktyabr, 11:32

Rektor: Dini təhsili müasir çağırışlara uyğun qurmaq lazımdır

22 oktyabr, 11:28

Komitə sədri: Qlobal çağırışlar nəzərə alınmadan uğurlu dini təhsil modeli yaratmaq mümkün deyil

22 oktyabr, 11:25

“Dini təhsil cəmiyyətin sabitliyinə xidmət etməlidir” – Ramin Məmmədov

22 oktyabr, 10:52

Bakıda müasir din təhsili modelləri ilə bağlı beynəlxalq simpozium keçirilir

22 oktyabr, 10:46

AzMİU-da alternativ enerji üzrə innovativ tədqiqatlar genişləndiriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.