5 dekabr 2024

Bütün xəbərlər
test
26 noyabr, 14:48
72

Tələbə çox, yataqxanalar az…

Ali təhsil almaq məqsədilə paytaxta üz tutan tələbələr üçün ən əhəmiyyətli məsələlərin başında evlə təmin olunmaq dayanır. Tələbələr bu məqsədlə ya kirayə evlərə üz tutur, ya da yataqxana axtarışına başlayırlar. Tədris ilinin başlanmasından bir neçə ay keçməsinə baxmayaraq, tələbələrin “ev” probleminin tam həll olunduğunu söyləmək çətindir. Bəzi ali təhsil müəssisələri tələbələri müasir tipli yataqxanalarla təmin etməyə davam etsə də, əksəriyyətində yataqxanalardakı boş yerlərin sayı ilə ev axtaran tələbələrin sayı uyğun gəlmir. Tələbə çox, yataqxanalar az…

Tələbələr üçün kirayə ev və yataqxanalar arasındakı fərqlər dəfələrlə işıqlandırılıb, nəticə olaraq, yataqxanaların həm maddi, həm də təhlükəsizlik baxımdan daha əlverişli olduğu qənaətinə gəlinib. Yataqxanalar tələbələri təkcə yaşayış yeri ilə təmin etməklə kifayətlənmir, onları gündəlik həyat fəaliyyətlərində sosiallaşması, elmi fəaliyyətlərini davam etdirməsi üçün lazım olan hər şeylə: kitabxana, oxu zalı, idman zalı, kompüter otağı və s. ilə təmin edir. Bu da dövlətin prioritet məsələlərindən olan gənclərin inkişafında mühüm rol oynayır. 

Tələbə yataqxanalarının bərpasındakı əsas problemlər və həll yolları

Lakin tələbələrin yataqxana ilə təmin edilməsində bir sıra problemlər qarşıya çıxır. İlk olaraq, ali təhsil müəssisələrinin tələbələri yataqxana ilə təmin etməsi üçün qurumun maddi bazası olmalıdır. Tikinti zamanı qarşıya çıxan saysız çətinliklər, prosesin gedişində həlli universitetlərin təyinatına uyğun olmayan problemlər bu məsələnin tam çözümünü yubadır. Bu zaman ağıllara yataqxanaların tikintisinə özəl şirkətlərin cəlb edilməsinin bu məsələnin həllində nə qədər effektiv rol oynaya biləcəyi sualı gəlir. 

Ümumiyyətlə, ali təhsil müəssisələrinin dünya reytinq sistemində ilk sıralarda yer tuta bilməsini şərtləndirən amillər sırasına qurumun maddi-texniki bazası, investisiyaların həcmi, yeni infrastruktur və tədris materialları ilə təminat, kampus şəraitinin yaxşılaşdırılması və tələbələrə təqdim edilən imkanların artırılması kimi məsələlər daxildir. Dünya reytinq sıralamasında ilk yerləri tutan universitetlər müxtəlif şirkətlər, qurumlar, xeyriyyə təşkilatları tərəfindən tələbələrə təqdim edilən təhsil təqaüdləri, kampus imkanları ilə seçilir. Bu, xarici tələbələrin yerli təhsil ocaqlarına marağının artmasında və əcnəbi tələbələrin təhsil prosesinə cəlb olunmasında da böyük rol oynaya bilər.

Özəl yataqxanaların tikintisinə maraq niyə azdır?

Dünya təcrübəsi də göstərir ki, yataqxanaların tikintisi həm dövlət hesabına, həm də özəl sektorun dəstəyi ilə başa gəlir. Bu baxımdan Azərbaycan ali təhsil müəssisələri yataqxananın tikintisinə maddi vəsait ayıra bilmədiyi təqdirdə müxtəlif podratçı şirkətlərin yataqxanaların tikintisinə cəlb olunmasına xüsusi diqqət göstərməlidir. Təhsil eksperti Elçin Süleymanov son illərdə yataqxana tikintisi ilə bağlı atılmış müsbət addımlara diqqəti çəkərək qeyd edir ki, bu sahədə universitetlərə xüsusi dəstək planı hazırlanmalıdır:

“Sovet dövründə bəzi universitetlərin tam təminatlı yataqxanaları olsa da, məlum səbəblərdən (məcburi köçkünlərin məskunlaşması və s.) artıq o yataqxanalar istifadəsiz hala düşüb. Universitetlərin isə hazırda həmin yataqxanaları təmir etməsi üçün maliyyə imkanları yoxdur, buna görə də universitetlərə maddi dəstək göstərilməlidir. Dəstək planı iki istiqamətdə aparıla bilər: bu mövzu ilə bağlı xüsusi dövlət proqramı hazırlana və ya ali təhsil müəssisələrinə uzunmüddətli güzəştli kreditlər verilə bilər”. 

Ekspert fikrində bildirib ki, bu sahədə özəl sektorun rolu daha praktikdir və qısa müddət ərzində daha çox mənfəət qazanmağı hədəfləndiyi üçün bu sahəyə elə də maraq göstərmir. Yataqxanaların tikilməsi investisiya yönümlü sahə olsa da, mütləq dövlət dəstəyi və ya dövlət-özəl tərəfdaşlığı olmalıdır. 
İndiyə qədər özəl sektorun yataqxanaların tikintisi məsələsinə laqeyd qalmasının əsas səbəbi onların bu sahənin fayda gətirəcəyinə inanmamasıdır. Universitetlər tərəfindən yataqxanaların tikintisi üçün ayrılmış ərazilərin tenderə çıxarılması, tenderlər vasitəsilə podratçı şirkətlər tərəfindən əldə edilən yataqxana layihələrinə yatırılan kapitalın faydalı gəlir gətirə biləcəyinə inanması bu sahənin inkişafında əsas rolu oynayır. Özəl kampus sisteminin bazara daxil olması isə iqtisadi rəqabətin güclənməsinə, əmlak bazarında qiymətlərin tənzimlənməsinə səbəb ola bilər. 

"Özəl sektora müəyyən güzəştlər edilməlidir"

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı də məsələyə münasibət bildirib. Onun sözlərinə görə, mövcud vəziyyətdə özəl sektorun yataqxanaların tikintisinə təşviq edilməsi prosesinin dövlət tərəfindən dəstəklənməsi təmin edilməlidir:

"Müxtəlif istiqamətlər üzrə məsələn, torpaq sahəsinin ayrılması, müəyyən infrastruktur işlərinin görülməsi sahəsində dövlət tərəfindən addımlar atıla bilər. Yataqxanaların tikintisində diqqət edilməli nüanslardan biri də tikintinin Bakı şəhərinin baş planına uyğun gəlib-gəlməməsi məsələsidir. Ali təhsil müəssisələri tərəfindən təkliflər təqdim edilə bilər, eyni zamanda dövlət-özəl əməkdaşlığı fonunda layihələrin icrası zamanı Şəhərsalma və Arxitektura Komitəsinin də rəyi alınmalıdır”. 

Ekspert həmçinin vurğulayır ki, yataqxanaların özəl şirkətlər tərəfindən tikilməsi yeni biznes olduğu üçün ilkin mərhələdə daha az mənfəət əldə edilmə ehtimalı da nəzərə alınmalıdır. Buna görə də bu prosesdə dövlət-özəl əməkdaşlığı çərçivəsində dövlətin özəl sektora müəyyən güzəştlər etməsi də istisna edilməməlidir.

Yataqxana tikintisinə özəl sektorun cəlbi üçün sənəd hazırlanır

Qeyd edək ki, bir neçə gün əvvəl Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qəzetimizə açıqlamasında ali məktəblərin yataqxanalarının təmirinə özəl sektorun cəlbi üçün “Tələbə yataqxanalarının texniki maliyyə əsaslandırılması” sənədinin hazırlanmasına başlanıldığını bildirmişdi. 

O qeyd etmişdi bu işin həcmi çox böyükdür və dövlət bunun öhdəsindən tək gələ bilməz. Ona görə də bu sahəyə özəl sərmayə cəlb edilməlidir: "Özəl sərmayənin cəlbi bizim nizamnaməmizdə də nəzərdə tutulur. Bunun üçün texniki maliyyə əsaslandırılma sənədi hazırlamalıyıq ki, onlar hansı yataqxanaya nə qədər sərmayənin qoyula bilməsini, qanunvericiliklə bunun təminatının nələrdən ibarət olduğunu görsünlər. Ümumi bir sənəd hazırlanacaq. Daha sonra investorlar istəklərinə uyğun olaraq, seçdikləri universitetlərə bu sahə üzrə investisiya yatıra bilərlər”.

Xəbər lenti

4 dekabr, 20:47
22

Alimlər enerji reaksiyası fenomeni üçün izahat tapıblar

4 dekabr, 20:00
11

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının cari il üzrə hesabat iclasları başa çatıb

4 dekabr, 19:08
78

Gəncə Tibb Kollecinin direktoru vəzifəsindən azad edilib

4 dekabr, 18:02
137

Komanda işi, liderlik bacarıqlarımızı daha da inkişaf etdirmişik - COP29 könüllülərinin təəssüratları

4 dekabr, 17:23
25

AzMİU tələbəsi beynəlxalq çempionatın qalibi oldu

4 dekabr, 17:20
15

Azərbaycan Universitetində əcnəbi vətəndaşlar üçün hazırlıq kursu başlayıb

4 dekabr, 17:20
21

2025-ci ilin 7 kritik təhsil trendi

4 dekabr, 17:16
17

ADPU-da “İnklüziv təhsil üçün daimi peşəkar inkişaf” mövzusunda interaktiv seminar keçirilib

4 dekabr, 17:10
13

"Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi

4 dekabr, 16:50
11

BMU-da tələbələr üçün mühasibatlıq mövzusunda təlim təşkil olunub

4 dekabr, 16:48
13

ADU-da məlumat sessiyası keçirilib

4 dekabr, 16:46
17

BMU-da Elmi Şuranın iclası keçirilib

4 dekabr, 16:39
39

Təbiət elmləri üzrə şagirdlərimizin nəticələri aşağı olub

4 dekabr, 16:31
28

Şagirdlərimizin riyaziyyat nəticələri bəzi Avropa ölkələrindən yüksək olub

4 dekabr, 16:19
82

Ali məktəblərə imtahansız qəbul olan subbakalavrların sayı artır – ARAŞDIRMA

4 dekabr, 15:55
40

TIMSS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri açıqlanıb

4 dekabr, 15:34
23

Paytaxt məktəbində şagirdin digər şagirdə xəsarət yetirməsinə aydınlıq gətirilib

4 dekabr, 14:52
12

"Scopus AI" ilə bağlı ilk infosessiya keçirilib

4 dekabr, 14:49
9

“Artikulyasiya akademiyası: şagirdlərin ictimai natiqlik proqramı” layihəsinə start verilib

4 dekabr, 14:41
13

DP məzunları BMT-nin "Confrence of Youth-COY19" tədbirində iştirak ediblər

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.