Bütün xəbərlər
29 avqust, 14:51

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Nəzəri və Tətbiqi Mexanika Türk Milli Komitəsinin əsas təşkilatçılığı ilə  2-5 sentyabr 2025-ci il tarixlərində Pedaqoji Universitetdə “Mexanikada yeni trendlər” (New Trends in Mechanics) I Beynəlxalq elmi konfransı keçiriləcək.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, konfransda ABŞ, Almaniya, Avstriya, Azərbaycan, İtaliya və Türkiyə universitetlərindən və elmi-tədqiqat institutlarından tanınmış mütəxəssislər iştirak edəcəklər.

Qeyd edək ki, 46 ildir fasiləsiz olaraq hər iki ildən bir müxtəlif universitetlərdə təşkil olunan Türkiyənin ən uzunmüddətli elmi tədbiri olan və 24-cü dəfə keçirilən Milli Mexanika Konqresi bu il ilk dəfə olaraq beynəlxalq konfrans formatında Azərbaycanda – ADPU-da keçirilir. Konfrans beynəlxalq miqyası ilə mexanika və mühəndislik sahəsində qlobal elmi əməkdaşlıqlara zəmin yaradacaq.

Beynəlxalq konfrans Nəzəri və Tətbiqi Mexanika Türk Milli Komitəsinin (TUMTMK) və ADPU-nun koordinasiyası ilə, İstanbul Texniki Universiteti, İstanbul Ticarət Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti də daxil olmaqla bir çox universitetin töhfəsi ilə təşkil olunur.

Konfransın açılışında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndələri, müxtəlif universitetlərin rektorları və tanınmış alimlər çıxış edəcəklər.

Çoxsaylı paralel sessiyalarda müzakirələrin aparılacağı beynəlxalq konfransda qeyri-yerli (nonlocal) və tor (mesh-free) metodlar, axınlar mexanikası, quruluş mexanikası, bərk cisim mexanikası, tətbiqi riyaziyyat və material mexanikası kimi sahələrdə yüzlərlə məruzə təqdim ediləcək.

Beynəlxalq konfransın proqramı ilə keçiddən tanış olmaq mümkündür.

Şərhlər

Xəbər lenti

1 sentyabr, 20:05

Fariz İsmayılzadə: ICPC dünya finalının Azərbaycanda keçirilməsi ölkəmizin imicinə töhfə verir

1 sentyabr, 17:32

ADPU-da 13 ixtisas üzrə keçid balı 500-dən yüksək olub

1 sentyabr, 17:28

Agentlik ADNSU-nun 10 tələbəsinə təqaüd verəcək

1 sentyabr, 17:27

Samir Məmmədov: Azərbaycan rəqəmsal transformasiyanı milli prioritet müəyyən edib

1 sentyabr, 17:02

Hafiz Paşayev: Təhsilə qoyulan sərmayə ölkənin davamlı inkişafı üçün ən effektiv yollardandır

1 sentyabr, 16:55

Taleh Kazımov: ICPC gələcəyin texnologiya liderlərinin formalaşdığı yerdir

1 sentyabr, 16:25

Bakıda 49-cu ICPC Dünya Finalı keçirilir

1 sentyabr, 16:00

Bil Pauçer: Bu gün dünyanın ən ağıllı şəhəri Bakı hesab oluna bilər

1 sentyabr, 15:44

Müəllimlər üçün süni intellektə dair təlim keçirilir

1 sentyabr, 15:33

"Universitetlərimizin böyük potensialı var" – ABŞ-də çalışan azərbaycanlı professorla MÜSAHİBƏ

1 sentyabr, 15:31

ADNSU ilə Vorvik Universiteti arasında əməkdaşlıq genişlənir

1 sentyabr, 15:15

Rezidenturada boş yerlər üçün seçim başladı

1 sentyabr, 15:07

Bir ilə Çin dilini öyrəndi, indi bu ölkədə təqaüdlə təhsil alacaq

1 sentyabr, 14:37

LDU-da Elmi Şuranın ilk iclası keçirilib

1 sentyabr, 14:33

Magistratura təhsilini necə cəlbedici etmək olar? – RƏY

1 sentyabr, 14:20

Elm və təhsil naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

1 sentyabr, 14:20

Oxumadı, amma oxutdu: Tağıyevin təhsilə olan sevgisi

1 sentyabr, 14:11

“Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi istifadəyə hazırdır

1 sentyabr, 13:59

Magistraturaya daxil olanlarla 1400-dən çox təhsil krediti müqaviləsi bağlanılıb

1 sentyabr, 13:57

Dünyadakı soydaşlarımızı ana dilimizə bağlayan körpü: “Azərbaycan məktəbi”

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.