Bütün xəbərlər
21 aprel, 15:24

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Dizayn həftəsi”nə start verilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, bu həftə universitetin 50 illik yubileyi və Dizayn fakültəsinin yaranmasının 1 illiyi münasibətilə təşkil olunub. 21-25 aprel tarixlərini əhatə edəcək proqramın ilk günü AzMİU rəhbərliyi, digər ali təhsil müəssisələrinin rəhbərliyi, ictimai-siyasi xadimlər, universitetin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə açılış mərasimi keçirilib.

Universitetin rektoru professor Gülçöhrə Məmmədova açılış mərasimi zamanı çıxışında AzMİU-nun dizayn sahəsindəki peşəkar yanaşmasını və təhsil keyfiyyətini diqqətə çatdırıb, tələbələrin yaradıcı potensialının gücləndirilməsi və dizayn təhsilinin cəmiyyətdə daha çox tanınması istiqamətində atılacaq addımlar barədə fikirlərini bölüşüb. Rektor bu tədbirin həm tələbələrin inkişafına, həm də dizaynla bağlı qlobal trendlərin Azərbaycanda daha çox tanınmasına böyük töhfə verəcəyini qeyd edib.

Dizayn fakültəsinin dekanı dosent Fərid Kərimov, Azərbaycan Memarlar İttifaqının sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə, Xalq rəssamı, Əməkdar incəsənət xadimi, professor, ADMİU-nun Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri Arif Əziz, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı professor Natiq Əliyev çıxış edərək dizayn həftəsi ilə bağlı yüksək fikirlər səsləndirib, onun işinə uğurlar arzulayıblar.  

Dizayn Həftəsi beş gün ərzində müxtəlif sərgilər, ustad dərsləri, açıq qapı günü, panel müzakirələr və yekun təqdimatlar kimi genişmiqyaslı tədbirlərlə davam edəcəkdir. Tədbirin ilk günü açılış mərasimindən sonra dizayn istiqamətləri üzrə tələbə işlərindən ibarət sərgilərin təqdimatı keçirilib. Bu sərgilərdə AzMİU-nun Təsviri incəsənət, Qrafik və Media dizaynı, Mühit dizaynı kafedralarının tələbələrinin əl işləri nümayiş olunmuş, həmçinin tanınmış fotoqraf Ziya Alisoyun fərdi fotosərgisi iştirakçılara təqdim edilib. Sərgilər tələbələrin yaradıcı qabiliyyətlərini nümayiş etdirmək və dizayn sahəsindəki ən yeni trendləri göstərmək üçün mükəmməl bir platforma olub.

AzMİU-da keçirilən ilk "Dizayn həftəsi" çərçivəsində bir sıra əlamətdar tədbirlər baş tutacaq. 22 aprel tarixində ustad dərsləri və təcrübə mübadiləsi sessiyaları keçiriləcək, burada sahənin tanınmış peşəkar dizaynerləri və sənaye mütəxəssisləri iştirak edərək, iştirakçılara fotoqrafiyanın dizayndakı rolu, vizual ifadə vasitələrinin əhəmiyyəti, yaşıl dizaynın gələcəyi və maketləşdirmə prinsipləri kimi mövzularda dərindən məlumat verəcəklər. Bu dərslər, həmçinin təbiətin dizayndakı rolu və fərdi mebel avadanlıqlarının kiçik ölçülü tətbiqi barədə müzakirələrə imkan yaradacaqdır.

23 aprel tarixində keçiriləcək “Açıq qapı” günü isə abituriyentlər, valideynlər və dizayna marağı olan hər kəs üçün böyük bir fürsət olacaq. Bu tədbir iştirakçılara dizayn fakültəsinin tədris prosesi ilə yaxından tanış olmağa, tələbələrin işlərini yerində görərək fakültə mühiti haqqında daha geniş məlumat əldə etməyə imkan verəcək.

24 aprel tarixində “Təhsildə süni intellekt alətlərindən istifadə” mövzusunda panel müzakirəsi təşkil ediləcəkdir. Bu müzakirə dizayn təhsilində süni intellektin tətbiqi və texnologiyanın dizayn sahəsinə təsiri barədə fikir mübadiləsi aparmaq üçün unikaldır. Paneldə sahənin mütəxəssisləri və gənc dizaynerlər iştirak edəcək.

Dizayn həftəsi 25 aprel tarixində yekun mərasimlə başa çatacaq. Tədbir AzMİU-nun dizayn tədrisinin tarixini və Dizayn fakültəsinin keçən bir ildəki fəaliyyətini nəzərdən keçirəcək, həmçinin tələbələrin seçilmiş layihələrini nümayiş etdirəcək və müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi keçiriləcəkdir.

1 /9

Şərhlər

Xəbər lenti

21 aprel, 21:19

Buraxılış imtahanında 250 və daha çox bal toplayanların NƏZƏRİNƏ!

21 aprel, 20:16

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri kollektivə təqdim olunub

21 aprel, 17:39

Elm və təhsil naziri Sabirabadda vətəndaşları qəbul edib

21 aprel, 17:13

PISA qiymətləndirilməsi ilə bağlı maarifləndirici görüşlər keçirilir

21 aprel, 17:03

İsmayıllı məktəblisi cüdo üzrə liqa yarışının qalibi olub

21 aprel, 16:15

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri kollektivə təqdim olunub

21 aprel, 16:10

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsində ilk sınaq imtahanı keçirilib

21 aprel, 16:06

Dövlət Proqramı təqaüdçüsü beynəlxalq tədbirdə iştirak edib

21 aprel, 15:44

Sabahın hava proqnozu açıqlanıb

21 aprel, 15:37

III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat müddəti başa çatıb

21 aprel, 15:32

BANM-də yay imtahan sessiyası başlayıb

21 aprel, 15:14

Fənn müsabiqələri və Lütfi Zadə olimpiadasında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

21 aprel, 15:02

Azərbaycan Tələbə Liqasının qrup oyunları yekunlaşıb

21 aprel, 14:58

Nazir məktəblərdə monitorinqlərin keçirilməsi ilə bağlı əmr imzalayıb

21 aprel, 14:10

Akademik: Təhsildə və elmdə əməkdaşlıq türk dövlətlərinin qlobal gücünü artıracaq

21 aprel, 14:08

Türk dövlətlərinin Süni İntellekt İnstitutunun yaradılması təklif olunur

21 aprel, 13:47

Peşəkar dizaynerlər AzMİU-da ustad dərsləri keçəcəklər

21 aprel, 13:21

Ağdam məktəbliləri beynəlxalq ingilis dili olimpiadasının finalına çıxıblar 

21 aprel, 12:47

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin ilk mərhələsi keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.