Bütün xəbərlər
21 yanvar, 21:18

Yanvarın 21-də elm və təhsil naziri Emin Əmrullayev Bakının Xəzər və Pirallahı rayonlarının məktəb direktorları ilə görüşüb.

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə elm və təhsil naziri Emin Əmrullayev tədrisin keyfiyyətinin yaxşılaşdırılması, məktəb idarəetməsinin təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun artırılması, həmçinin məktəb-icma əməkdaşlığının inkişaf etdirilməsi məsələlərindən söz açıb.

Məktəblərin inzibati idarəetməsində mövcud problemlər və onların həlli ilə bağlı addımları qeyd edən nazir daha sonra şagirdlərin qiymətləndirilmə prosesinin şəffaf və obyektiv təşkilinin vacibliyini vurğulayıb.

Nazir əlavə edib ki, müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsi, eləcə də nümunəvi təhsil mühitinin yaradılması əsas  məsələlərdəndir. Məktəb və müəllimin cəmiyyətdəki nüfuzunun artırılmasının əhəmiyyətinə toxunan Emin Əmrullayev, eyni zamanda ümumi təhsilin qarşısında duran müasir çağırışları nəzərə çatdırıb.

Görüşdə valideyn və icma üzvlərinin təhsil prosesinə daha fəal cəlb edilməsi, bu əlaqələrin möhkəmləndirilməsi, şagirdlərin təhsil göstəricilərini artırmaq üçün səriştə əsaslı yanaşmaların tətbiqi məsələləri müzakirə edilib, həmçinin innovativ təhsil metodlarının, layihə əsaslı öyrənmənin və şagirdlərə fərdi yanaşmanın əhəmiyyəti vurğulanıb.

Görüş məktəb direktorları ilə qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib və onların təklifləri dinlənilib.

1 /6

Şərhlər

Xəbər lenti

23 oktyabr, 12:03

Daha bir məktəb direktoru vəzifəsindən azad edildi

23 oktyabr, 11:54

Prorektor: Doktorantura ilə bağlı yeni mexanizmlər tətbiq olunmalıdır

23 oktyabr, 11:39

Süni intellekt SAF Festivalının əsas istiqamətlərindən biri olacaq - İqrar Nəzərov

23 oktyabr, 11:35

Ali təhsil pilləsində STEAM tədrisi genişlənir

23 oktyabr, 11:16

Naxçıvanda Zəfər Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmat turniri keçiriləcək

23 oktyabr, 11:08

Daşkəsən rayonunda ümumi təhsil müəssisələrinə baxış keçirilib

23 oktyabr, 11:00

ADPU-da müasir müəllim bacarıqları mövzusunda görüş keçirilib

23 oktyabr, 10:55

Nicat Məmmədli: Doktoranturaya qəbul faizi aşağı düşüb

23 oktyabr, 10:50

BSU-da Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvləri ilə seminar baş tutacaq

23 oktyabr, 10:43

Layihə rəhbəri: STEAM dərsləri müxtəlif proqramlar üzrədir

23 oktyabr, 10:37

Musiqi və incəsənət sahələri üzrə işləmək istəyənlərin NƏZƏRİNƏ

23 oktyabr, 10:25

“Milli Proqram”a qeydiyyat davam edir

23 oktyabr, 09:30

STEAM təlimi bütün fənlərlə inteqrasiya ediləcək

22 oktyabr, 18:53

AzTU-da əcnəbi tələbələr üçün maarifləndirici tədbir keçirilib

22 oktyabr, 18:49

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək - SƏRƏNCAM 

22 oktyabr, 17:25

Şagirdlərin dərsi həqiqətən mənimsədiyini necə öyrənə bilərik? - 5 SADƏ ADDIM

22 oktyabr, 15:33

VII sinif şagirdi məktəbin pəncərəsindən yıxılıb - Rəsmi açıqlama

22 oktyabr, 15:31

ABŞ-də yeni məktəb modeli: Hər gün yalnız 2 saat akademik dərs  

22 oktyabr, 15:23

Diaqnostik qiymətləndirmə bağçaların idarəçiliyindəki boşluqları aradan qaldıra bilər - Deputat

22 oktyabr, 15:21

Vüsal Göyüşov: Din təhsili müasir pedaqoji yanaşmalarla zənginləşdirilməlidir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.