Bütün xəbərlər
27 fevral, 14:30

Əməkhaqqından tutulmaların hüquqi əsasları əmək qanunvericiliyində dəqiq müəyyən edilmiş və yalnız qanunla icazə verilən hallarda tətbiq edilə bilər. İşçinin hüquqlarını qorumaq və qanunsuz tutulmaların qarşısını almaq məqsədilə əməkhaqqından hər hansı məbləğin çıxılması yalnız müəyyən şərtlər daxilində mümkündür.

“Azərbaycan müəllimi” məlumat verir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175-ci maddəsində əməkhaqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası öz əksini tapıb. Belə ki, əməkhaqqından müvafiq məbləğlər, bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə, yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.

Əmək Məcəlləsinə əsasən, işəgötürənin sərəncamı ilə işçinin əməkhaqqından yalnız aşağıdakı ödənişlər tutulur:

a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr;

b) məhkəmənin qətnaməsi (qərarı) ilə icra sənədlərində müəyyən edilmiş məbləğ;

b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ;

c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əməkhaqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği;

ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu;

d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği;

e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər;

ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği;

f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ;

g) həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları. 

İşəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz.

İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına isə yol verilmir. Bundan başqa, hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əməkhaqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz.

İşçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əməkhaqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əməkhaqqından tutula bilməz.

Nəzərə almaq lazımdır ki, əməkhaqqından tutulmaların qanuni əsaslarla və müəyyən qaydalar çərçivəsində həyata keçirilməsi işçi hüquqlarının qorunması və maliyyə intizamının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu prosesin şəffaf və ədalətli aparılması həm işçilərin sosial təminatına, həm də işəgötürənlərin qanunvericiliyə uyğun fəaliyyət göstərməsinə zəmin yaradır. Ona görə də həm işçilər, həm də işəgötürənlər əmək qanunvericiliyində nəzərdə tutulmuş bu qaydalara ciddi riayət etməlidirlər.

Şərhlər

Xəbər lenti

11 iyul, 21:38

“Xankəndidə işləmək istəyirəm” – MİQ imtahanından yüksək bal toplayan müəllim

11 iyul, 19:52

Gənclərə fotoqrafiya üzrə təlim kursu keçirilir

11 iyul, 17:21

Lənkəran məktəbindən böyük uğur: Bir sinifdən 9 qırmızı attestat

11 iyul, 17:02

“MİQ məktəblərdə yüksək bilikli kollektiv formalaşdırır” – İmtahandan uğurla keçən müəllim

11 iyul, 16:59

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.