
Ötən ildən etibarən məktəbdənkənar təhsil müəssisələrinə şagird qəbulu ilk dəfə olaraq elektron sistem vasitəsilə həyata keçirilib. Pilot layihə çərçivəsində 20 müəssisəni əhatə edən bu yenilik nəticəsində 13000-dən çox müraciət qeydə alınıb və 10000 şagird məktəbdənkənar təhsil müəssisələrinə qəbul olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin yaydığı 2024-2025-ci tədris ilinə dair hesabatda qeyd olunub.
Bildirilib ki, 2025-ci ildə elektron sistemin əhatə dairəsi genişləndirilərək pilot müəssisələrin sayı 50-yə çatdırılıb.
"50 müəssisədə həyata keçiriləcək elektron qəbulda 25000-dən artıq şagirdin məktəbdənkənar təhsil müəssisələrinə cəlb olunacağı proqnozlaşdırılır.
Hazırda məktəbdənkənar təhsil sahəsində ümumilikdə 29 idman növü və optimallaşdırma nəticəsində 10 istiqamət üzrə 73 adda dərnək fəaliyyət göstərir", – deyə məlumatda qeyd olunub.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər