Bütün xəbərlər
10 fevral, 13:29

Müxtəlif fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdlərin potensial imkanlarının inkişafında regionlarda fəaliyyət göstərən Olimpiadalara hazırlıq mərkəzlərinin xüsusi rolu var. Burada şagirdlərin nəzəri biliklərlə yanaşı, praktiki bilik və bacarıqları da artırılır.

"Azərbaycan müəllimi" Şirvan-Salyan Regional Təhsil İdarəsinin nəzdində olan belə mərkəzlərin fəaliyyəti ilə maraqlanıb, onların rəhbərləri ilə həmsöhbət olub.

Bu mərkəzlərdə şagirdlərin olimpiadalara hazırlığı həm onlayn, həm də əyani şəkildə həyata keçirilir. 

Salyan üzrə Olimpiadalara Hazırlıq Mərkəzinin rəhbəri Gülər Babayevanın sözlərinə görə, builki Respublika fənn olimpiadalarında rayonun 186 şagirdi yarımfinala keçib:

"Onların 1-i N.Xəlilov adına Qarabağlı kənd tam orta məktəbin 11-ci sinif şagirdi Abel Fərəcov riyaziyyat fənni üzrə maksimal nəticə əldə edib. Yuxarı Noxudlu kənd tam orta məktəbinin şagirdi Mətin Bahadirli tarix, I Varlı kənd tam orta məktəbin şagirdi Fatimə Bayramova Azərbaycan dili və ədəbiyyat üzrə 95 bal toplayıb. Hazırda müxtəlif məktəblərin 9 fənn müəllimi yarımfinala keçən şagirdlərlə onlayn məşğul olur".

Biləsuvar üzrə olimpiadalara hazırlıq mərkəzinin rəhbəri Elşən Ağazadə Ə.Eynullayev adına 4 nömrəli tam orta məktəbdə fəaliyyət göstərdiklərini açıqlayıb:

"Rayon turuna qədər mərkəzdə 1 410 şagirdlə 64 müəllim məşğul olub. Onların 188-i növbəti tura keçib. Yarımfinal mərhələsində iştirak hüququ qazanan şagirdlərin 2-si (Biləsuvar şəhəri Texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin şagirdi fizika fənni üzrə, Biləsuvar rayonu Əmənkənd kənd ümumi orta məktəbinin şagirdi Azərbaycan dili və ədəbiyyat fənni üzrə) maksimum nəticə toplayıb. 3 şagird isə 90-100 bal arasında nəticə göstərib".

Hacıqabul rayonu üzrə olimpiadalara hazırlıq mərkəzinin rəhbəri Nisə İsmayılova deyir ki, hazırlıqlar 6, 10 nömrəli və Muğan qəsəbə məktəblərində təşkil olunur:

"Mərkəzin 12 müəllimi Respublika fənn olimpiadalarının rayon (şəhər) turuna 180 şagirdi hazırlaşdırıb. Onların 98-i yarımfinala vəsiqə əldə edib. Belə ki, Azərbaycan dili üzrə 90 şagirdin 54-ü, riyaziyyat üzrə 25 şagirdin 8-i, kimya üzrə 16 şagirdin 12-si, coğrafiya üzrə 12 şagirdin 7-si, fizika üzrə 18 nəfərin 9-u, tarix üzrə 19 nəfərin 12-si növbəti tura adlaya bilib. Onlardan biri – 6 nömrəli məktəbin şagirdi Ramil İskəndərli 100 bal toplayıb".

Neftçala rayonunun olimpiadalara hazırlıq mərkəzinin rəhbəri Şəfəq Balaşova S.İmanov adına 1 nömrəli tam orta məktəbdə fəaliyyət göstərdiklərini söyləyib:

"Mərkəzdə olimpiadanın rayon (şəhər) turuna hazırlaşan 400 şagird ilə 8 müəllim məşğul olub. Onların 120-si növbəti tura keçib. Mərkəzə sertifikasiya imtahanlarında yüksək nəticə göstərmiş və şagirdləri olimpiadada uğur qazanmış müəllimlər cəlb edilib. Fənn olimpiadalarının rayon (şəhər) turunda mərkəzdə qeydiyyatda olan F.Quliyev adına 2 nömrəli tam orta məktəbin şagirdi Ramilə İmanlı tarix fənni üzrə maksimal nəticə göstərib. Rayon üzrə yalnız bir nəfər – S.İmanov adına 1 nömrəli tam orta məktəbin şagirdi Muhammədfərəc Əsgərli informatika fənni üzrə 353 bal toplayıb. 3 şagirdimiz – İbrahim Babayev, Nərmin Həsənova, Nuray Quluzadə 95 balla kimya fənni üzrə yüksək bal toplayan olimpiadaçıların sıralarına qatılıb. Bu üç şagird Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbində təhsil alır".

Şirvan şəhəri üzrə fəaliyyət göstərən olimpiadalara hazırlıq mərkəzinin rəhbəri Muxsə Məlikovanın sözlərinə görə, burada 1 911 şagirdlə 68 müəllim məşğul olub:

"Həmin şagirdlərin 195-i növbəti tura vəsiqə qazanıb. Ən çox balı tarix fənnindən (86 bal) Murad Vəlili toplayıb. Hazırda müəllimlər həmin şagirdləri növbəti tura hazırlaşdırırlar".

Şərhlər

Xəbər lenti

26 iyun, 18:45

BŞTİ: Direktor və müavinin maşınının işçilər tərəfindən yuyulması araşdırılır

26 iyun, 13:21

Bakı Mühəndislik Universitetində “Məzun günü” keçirilib

26 iyun, 11:10

LDU-da “Məzun günü” keçirilib

26 iyun, 10:51

Sertifikasiyada neqativ hal: 7 müəllimin nəticəsi ləğv ediləcək

26 iyun, 10:47

Naxçıvan Hərbi Kolleci – Peşəkar orduya aparan zəfər yolu

26 iyun, 10:15

Sinifdə də, səngərdə də qəhrəman müəllim 

26 iyun, 09:11

BDU-da “Məzun günü” keçirilib

25 iyun, 20:54

Gözünü arı sancan kimya müəllimi: “Tək gözlə 55 bal topladım”

25 iyun, 19:00

İmtahana könüllü qatıldı – 56 bal topladı

25 iyun, 18:50

Nazir müavini: BDU 100 ildən artıqdır ki, insan kapitalının formalaşdırılması missiyasının öhdəsindən gəlir

25 iyun, 18:41

"Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat uzadılır

25 iyun, 18:20

Zəhmətin zirvəsi Müəllimlərin sertifikasiya sevinci

25 iyun, 18:04

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar

25 iyun, 18:00

50 dəqiqəyə maksimal bal topladı – İmtahandan uğurla keçənlər danışdı

25 iyun, 17:00

“Müəllim nə qədər savadlı olsa da, öz üzərində daim  işləməlidir” – Müəllimlərin fikirləri 

25 iyun, 16:30

Sertifikasiyadan keçən kimya müəllimləri: “Sualların 25-30-u çox sadə idi…”

25 iyun, 16:15

Çiçəkli qarşılama, ailə dəstəyi – İmtahanın sonuncu günü 

25 iyun, 16:12

“Qərbi Azərbaycana qayıdış” mövzusuna həsr olunmuş forum keçirilib

25 iyun, 16:01

Proses kifayət qədər şəffaf keçir – Orxan Məmmədli

25 iyun, 15:59

Media qurumlarının rəhbərləri və influenserlər sertifikatlaşdırma imtahanını izləyiblər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.