Bütün xəbərlər
30 mart, 10:13

1998-ci il martın 26-da Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı fərmanla 31 Mart azərbaycanlıların soyqırımı günü kimi rəsmiləşdirilib. Hər il bu tarixdə ölkə daxilində və xaricdə anım tədbirləri keçirilir, şəhidlərin xatirəsi yad olunur və dünya ictimaiyyətinə bu faciə barədə həqiqətlər çatdırılır.

Bu soyqırım təkcə Azərbaycan xalqının deyil, həm də onun mədəni və tarixi irsinə qarşı hücum idi. Belə faciələrin unudulmaması, gələcək nəsillərə ötürülməsi üçün şagirdlərə onları düzgün aşılamaq lazımdır. Məqsəd yalnız tarixi öyrətmək yox, həm də milli kimlik, ədalət hissi və humanizm dəyərlərini formalaşdırmaqdır. Əvvəlcə şagirdlərə o dövrün siyasi və ictimai şəraitini başa salmaq, 1918-ci ilin mürəkkəb tarixi şəraitini sadə dillə çatdırmaq vacibdir. Tarixi faktlarla yanaşı, insan hekayələrinə də yer vermək şagirdlərin mövzunu daha dərindən anlamasına kömək edər. Tarix dərslərində əsas məqsəd şagirdlərdə travma yaratmamaq, əksinə, onları mövzuları anlamağa və tarixi hadisələrdən dərs almağa təşviq etməkdir.

“Tarixi hadisələri düzgün qiymətləndirmək vacibdir”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fəlsəfə və sosial elmlər kafedrasının müdiri, fəlsəfə elmlər doktoru professor Rafail Əhmədli “Azərbaycan müəllimi”nə bildirib ki, 31 Mart hadisələri xalqımızın tarixində böyük bir faciədir. Xalqın minlərlə nümayəndəsi bu soyqırımı nəticəsində qətlə yetirilib: “Lakin bu faciəni təqdim edərkən yanlış təəssürat yaratmaq olmaz ki, guya xalqımız əzilən, yazıq, zəif və gücsüz olduğu üçün bu cür hadisələr baş verib. Əksinə, tarixi hadisələrə daha obyektiv və düzgün yanaşmaq vacibdir. Bu istiqamətdə maarifləndirmə işi geniş şəkildə aparılmalıdır. Şagirdlərə və tələbələrə aydın izah olunmalıdır ki, həmin dövrdə xalqımızın dövlətçilik ənənələri mövcud idi. Sadəcə, tarixi şəraitin təsiri ilə Azərbaycan öz müstəqilliyini itirib, Rusiya imperiyasının təsiri altına düşüb, millətimiz silahsızlaşdırılıb. O dövrün tarixi şəraiti aydın şəkildə izah edilməlidir ki, ermənilərin silahlandırılması və onların Rusiyanın Qafqaz ordusunda xidmət etməsi nəticəsində necə hərbi üstünlük qazandıqları başa düşülsün. Rusiya imperiyası devrildikdən sonra isə həmin ermənilər silahları ilə birlikdə ordudan tərxis olunaraq onlardan  dinc azərbaycanlı əhaliyə qarşı istifadə etdilər. Unutmamalıyıq ki, xalqımız tarixən dövlətçilik ənənələrinə malik olub, böyük dövlətlər və səltənətlər qurub. Biz qədim və möhtəşəm dövlətçilik tarixi olan bir millətik. Ona görə də tarixi hadisələri düzgün qiymətləndirmək və keçmişimizi olduğu kimi dərk etmək vacibdir”.

“Faciələri elə  tədris etməliyik ki, gənclərimizdə üstün millət kompleksi formalaşsın”

Rafail Əhmədli qeyd edib ki, erməni- daşnak silahlı qüvvələri Stepan Şaumyan və tərəfdarlarının yaratdıqları qondarma hakimiyyətdən istifadə edərək silahsız azərbaycanlı əhaliyə qarşı hərbi əməliyyatlar həyata keçirdilər: “Bu səbəbdən xalqımız o dövrdə böyük faciələr yaşadı. Bunun əsas səbəbi xalqımızın zəifliyi və bacarıqsızlığı deyildi. Sadəcə, tarixi şərait fərqli idi. Lakin həmin xalq XXI əsrdə Ali Baş Komandanın rəhbərliyi ilə tarixi zəfərə imza atdı. Bu gün biz artıq müstəqil dövlətik, nizami ordumuz var. Xalqımız tarixi yaddaşını bərpa edib, öz hüquqlarını və ərazilərini müdafiə edə bildi. Hərb meydanında üstünlük qazandı. Deməli, zamanında yaşadığımız faciələr xalqımızın gücsüzlüyünün yox, dövrün tarixi və siyasi şərtlərinin nəticəsi idi. Biz bunu şagird və tələbələrə məhz bu kontekstdə, metodologiya ilə tədris etməliyik ki, gənclərimizdə üstün millət kompleksi formalaşsın. Xalqımızın qəhrəmanlıq salnaməsi olduğunu dərk etsinlər”.

Onun sözlərinə görə, qanlı şəkilləri plakat şəklində nümayiş etdirmək, uşaqlara bu görüntüləri göstərmək isə onlarda aşağılıq kompleksi yarada bilər: “Məsələn, 20 Yanvar hadisəsi xalqımızın tarixi yaddaşının bərpası və dövlətçilik uğrunda mübarizə əzminin bariz nümunəsidir. Həmin faciə bir tərəfdən xalqımızın qan yaddaşına yazılmış ağrılı tarixdir, digər tərəfdən qəhrəmanlıq dastanıdır. Çünki xalqımız bu hadisədən sonra öz dövlətini qurmaq, müstəqilliyini bərpa etmək yolunda ciddi addımlar atdı. O vaxt hələ müstəqil dövlətimiz yox idi, başqa bir imperiyanın əsarətində idik. Buna baxmayaraq, tarixi yaddaşını bərpa edib mübarizə apardı və öz dövlətini qurmaq əzmi göstərdi”.

“Xalqımıza aciz millət kimi deyil, böyük dövlətlər qurmuş xalq kimi baxmalıyıq”

Professor vurğulayıb ki, faciələrimiz də, qəhrəmanlığımız da unudulmamalıdır: “Amma onların təqdimat metodları dəyişdirilməlidir. Faciələri anlamaqla yanaşı, onların səbəblərini düzgün izah etməli və nəticə etibarilə xalqımıza yazıq, aciz millət kimi deyil, tarixi qəhrəmanlıq salnaməsi olan, böyük dövlətlər qurmuş xalq kimi baxmalıyıq. Vurğulamalıyıq ki, biz məqsədimizə çatmışıq, bu gün güclü dövlətik. Regionda söz sahibiyik və potensialımız imkan verir ki, təkcə regionda deyil, dünyada da söz sahibi olan dövlətə çevrilək. Bu istiqamətdə də artıq böyük addımlar atmışıq. Tarixi ənənələrimiz, dövlətçilik təcrübəmiz və millətçilik dəyərlərimiz buna zəmin yaradır. Ona görə də faciələrimizdən nəticə çıxararaq bədbinliyə qapılmamalı, əksinə, daha da güclənməliyik ki, belə hadisələr bir daha baş verməsin. Tədris prosesində bu yanaşma əsas prinsip kimi götürülməlidir”.

“Şagirdlərə tarix olduğu kimi öyrədilməlidir”

A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov “Azərbaycan müəllimi”nə bildirib ki, 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı törədilən soyqırımının əsas səbəblərindən biri Azərbaycanın zəngin təbii sərvətləri, xüsusilə də Bakı nefti olub: “Yer kürəsinin ən zəngin təbii ehtiyatlarına sahib olan ərazilərdən biri məhz Azərbaycandır. Burada insan sağlamlığı üçün lazım olan bütün təbii sərvətlər, şəfa mənbələri və enerji resursları mövcuddur. O dövrdə Bakı nefti dünya iqtisadiyyatı və siyasəti üçün həyati əhəmiyyət daşıyırdı. 1901-ci ildə Bakı nefti dünya üzrə hasil edilən neftin 52 faizini, Rusiya imperiyası üzrə isə 95 faizini təmin edirdi. Uzun illər Böyük Britaniyanın Baş naziri olmuş Vinston Çörçilin məşhur ifadəsi var: “Əgər neft kraliçadırsa, Bakı onun tacıdır”. Çörçilin belə bir ifadə işlətməsi təsadüfi deyildi. Halbuki o, 1918-ci ildə Bakıda olmayıb, bu torpaqların neftlə zəngin qoxusunu hiss etməyib. Bu ifadənin özü sübut edir ki, o dövrdə Bakı və onun sərvətləri uğrunda gedən mübarizə dünya siyasətinin mərkəzində idi. Məhz bu mübarizənin nəticəsi olaraq, 1918-ci ilin martında erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı soyqırım törədildi”.

Cəbi Bəhramov vurğulayıb ki, Birinci Dünya müharibəsinin əsas səbəblərindən biri də Bakı neftinə sahib olmaq uğrunda gedən mübarizə idi: “Bakının kimə məxsus olacağı o dövrün ən mühüm məsələlərindən idi. Çünki bu şəhər təkcə bir ölkənin deyil, bütövlükdə dünyanın enerji təminatında mühüm rol oynayırdı. Ona görə Bakını ələ keçirmək istəyən qüvvələr yerli əhalini, azərbaycanlıları məhv etmək məqsədilə soyqırımı cinayətlərinə əl atdılar. Həmin dövrdə Avropanın ən iri dövlətləri Azərbaycanın sərvətlərini amansızcasına talayır, ölkənin təbii ehtiyatlarını “zəli kimi” sorurdular. Bu məqsədlə ermənilərdən alət kimi istifadə olunurdu. Bunu dəfələrlə televiziya çıxışlarımda, məqalələrimdə demişəm və yenə də vurğulayıram ki, XX əsrin əvvəllərində dünyanın bütün yolları Bakıya çıxırdı. Dünyanı lərzəyə salan Birinci və İkinci Dünya müharibələrinin pərdəarxası səbəblərindən biri məhz Bakı nefti idi. Bakını Azərbaycan xalqının əlindən almaq üçün ermənilərdən istifadə olunub”.

Alim hesab edir ki, şagirdlərə tarix olduğu kimi öyrədilməlidir: “Azərbaycan heç vaxt başqa xalqlara, hətta tarix boyu təcavüzkar mövqe sərgiləmiş ermənilərə qarşı nifrət aşılamaq siyasəti yürütməyib. Sadəcə, baş verənləri olduğu kimi, tarixi faktlarla izah edib və etməyə də davam edir. Tarixi faktlar göstərir ki, ermənilər azərbaycanlılara qarşı dəfələrlə soyqırım və qətliamlar törədiblər. Biz bu cinayətləri danmadan, susmadan, lakin emosiyalara qapılmadan aydın şəkildə izah etməliyik. Xüsusilə dərslikləri hazırlayan müəlliflər bu hadisələri dərindən bilməli və onları aydın dildə şagirdlərə çatdırmalıdırlar”.

“Tarixi həqiqətlərin daha geniş auditoriyaya çatdırılması vacibdir”

C.Bayramovun sözlərinə görə, Türkiyədə bu məsələlərə xüsusi diqqət ayrılır: “Tarixçilər sosial media platformalarında, televiziya verilişlərində saatlarla bu hadisələri geniş şəkildə izah edirlər. Bizim medianın da bu məsələləri diqqətdə saxlaması, televiziya kanallarında tarixi həqiqətlərin daha geniş auditoriyaya çatdırılması vacibdir”.

O qeyd edib ki, şagirdlərə tarix olduğu kimi anladılmalıdır. Millətimizin dostu, düşməni kimdir? Onlar bu həqiqətləri bilməlidirlər: “Başa salınmalıdır ki, bir zamanlar onların yaşında olan günahsız uşaqlar erməni silahlıları tərəfindən amansızlıqla qətlə yetirilib. Bu yalnız 1918-ci ilin mart soyqırımı ilə məhdudlaşmır. Tariximizin müxtəlif dövrlərində xalqımızın nümayəndələri dəfələrlə vəhşicəsinə öldürülüblər. Bu həqiqətləri ört-basdır etmək olmaz. Bəziləri düşünür ki, bu cür hadisələr uşaqların psixologiyasına təsir edə bilər. Lakin hesab edirəm ki, tarix gizlədilməməlidir. Əksinə, şagirdlər həqiqətləri olduğu kimi bilməlidirlər”.

Şərhlər

Xəbər lenti

1 aprel, 23:09

Mədəniyyət Nazirliyi musiqi müəllimlərinin attestasiyası ilə bağlı məlumat yaydı

1 aprel, 21:05

Çin yeni beyin çipi sınağına başlayıb

1 aprel, 20:15

İflic xəstələrinin hərəkət qabiliyyətini bərpa edən süni sinir sistemi yaradılıb

1 aprel, 19:17

“Məktəb təhsil ocağıdır, dava yeri deyil” – Azərbaycan çempionu olan məktəbli 

1 aprel, 18:54

Qarabağ Universitetinin nümayəndə heyəti İsraildə olub

1 aprel, 18:33

Tələbə yaz məktəbləri yekunlaşıb

1 aprel, 17:15

Qlobal istiləşmə suyun miqdarını kəskin azaldıb 

1 aprel, 17:07

BMU-İNHA İDP məzunu tam təqaüdlə Koreya universitetinin magistratura proqramına qəbul olub

1 aprel, 17:05

İstedadını böyük səhnədə təsdiqlədənlər - Festival qalibləri ilə söhbət

1 aprel, 17:03

AzMİU “Gələcəyinin memarı ol” kampaniyasına start verib

1 aprel, 15:57

AzTU Bursa universitetləri ilə əməkdaşlıq edəcək

1 aprel, 15:30

Müəllimləri təhqir edən məktəb direktoru işdən çıxarılıb

1 aprel, 15:23

MDU-da özünütəhlil hesabatının müzakirəsi keçirilib

1 aprel, 15:17

Uşaq İncəsənət Festivalına qeydiyyat tamamlandı

1 aprel, 15:12

Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır

1 aprel, 15:00

BANM tələbələri beynəlxalq proqrama qəbul alıblar

1 aprel, 14:20

Qarabağ Universitetinin Klinikası vebinar keçirəcək

1 aprel, 14:20

Əcnəbilər Azərbaycan universitetlərini niyə seçməlidirlər? - TƏHLİL

1 aprel, 13:40

Gənc istedadlara xüsusi təqaüdlər veriləcək – SƏRƏNCAM

1 aprel, 13:03

Valideynlərini itirmiş uşaqların təhsil üzrə təminatları dəyişib, birdəfəlik müavinət ödəniləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.