Bu
günlərdə Azərbaycan Müəllimlər İnstitutunun
rektoru, professor Aqiyə Naxçıvanlının təşəbbüsü
ilə fənn kurikulumlarının tətbiqi ilə bağlı
təlimçi hazırlamaq məqsədilə treninq-seminar
keçirilir. Seminara institutun müxtəlif kafedra
və metodiki kabinetlərinin və on bir filialın 44
nəfər əməkdaşı cəlb olunmuşdur. Təlim prosesi
müdavimlərin özlərinin onlara paylanmış material
üzrə təlim keçmələri ilə təşkil olunmuşdur.
Bunun üçün onlara təcrübəli təlimçilər mentor
olaraq təhkim olunmuşlar. Hər mentor oz
"təlimçilər"ini konkret mövzularla hazırlayır,
onlar həmin mövzuları auditoriyada tədris
edirlər.
Yeni öyrədənlərin təlimçi bacarıqlarını
dəyərləndirmək üçün isə Kurikulum Mərkəzinin
əməkdaşları treninqə dəvət olunmuşlar. Bütün
treninq iştirakçıları üç mərhələdə sınaqdan
keçəcəklər. Birinci mərhələdə onların təlimçi
bacarıqları qiymətləndiriləcək, ikinci mərhələdə
yeni təlimçilərin fənn kurikulumlarının tətbiqi
ilə bağlı əldə etdikləri nəzəri bilikləri
hazırlanmış testlər üzrə dəyərləndiriləcək,
üçüncu mərhələdə onlar praktik tapşırıq yerinə
yetirməklə bacarıqlarını nümayiş etdirəcəklər.
On günlük treninqin sonunda iştirakçılar
"Təlimçi" sertifikatı alacaqlar.
Azərbaycan Müəllimlər İnstitutunun rəhbərliyi
layihəni bir neçə dəfə təkrarlamağı nəzərdə
tutur. Bununla rəhbərlik institutun müasir
tələblərə cavab verən kadr potensialının
artmasını təmin etmək istəyir. |