Bakı
şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər Şahmat- Dama
Məktəbinin 8 yaşlı yetirməsi Abdulla
Qədimbəyli Bakıdakı 287 nömrəli "Zəkalar"
liseyinin III sinif şagirdi, dərs əlaçısıdır.
Hələ 4 yaşında idmanın şahmat növünə maraq
göstərən Abdulla, artıq 5 yaşında olarkən
şahmat yarışlarında iştirak edib, çoxlu kubok və
medallar qazanıb. 2007-ci ildə məktəbdə
keçirilən şahmat yarışında I, Bakı
birinciliyində II, 2008-ci il Azərbaycan
birinciliyində III, "Bilik günü"nə həsr olunmuş
şahmat yarışlarında II, 2009-cu il Gəncədə I
Beynəlxalq uşaq şahmat festivalında I, ulu
öndər Heydər Əliyevin anadan olmasının 87-ci
ildönümünə həsr olunmuş yarışda I, "Bakı
Open-2009" uşaq şahmat turnirində I yerləri
qazanıb. Abdulla dəfələrlə öz yaşıdları
arasında keçirilən dünya və Avropa
birinciliklərinin qalibi olub. O, beynəlxalq
yarışlarda - Bolqarıstanda, Vyetnamda,
Türkiyədə və s. ölkələrdə I yerləri tutaraq
qələbə ilə Vətənə qayıdıb.
Bu günlərdə isə Gürcüstanın Batumi şəhərində öz
yaş qrupunda oğlanlar arasında keçirilən
Avropa çempionatında I yeri tutaraq qızıl medala
layiq görülüb.
İkiqat Azərbaycan və Avropa çempionu adını
qazanan Abdullanın məşqçisi, beynəlxalq
dərəcəli qrossmeystr Fərid Abbasov öz
yetirməsinin gələcəkdə güclü şahmatçı
olacağına əmindir.
Sifai SƏFƏROVA |