Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində dezinfeksiya işləri davam etdirilir. Bugünədək artıq 4250 təhsil müəssisəsində dezinfeksiya işləri yekunlaşdırılıb.

 

Qeyd edək ki, ölkə üzrə bütün təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.