AMEA Mərkəzi  Nəbatat Bağının Elmi Şurasının qərarı ilə “Hirkan Milli Parkının florası və bitki örtüyü” adlı kitab çapdan çıxıb.

 

Kitabda Hirkan Milli Parkı təbiət kompleksinin ərazi quruluşu, hidroqrafiyası, iqlimi, torpağı, relyefi, flora və bitki örtüyü ətraflı təhlil  edilib.  Milli Parkın florasının taksonomik tərkibi müəyyənləşdirilib, bitkilərin həyat formaları öyrənilib, coğrafi analizi aparılıb. Tədqiq olunan ərazinin florasının tərkibində olan ali bitkilər təhlil edilib, meşə və çəmən bitkilərinin bitkilik tipləri müəyyən olunub, taksonomik siyahısı hazırlanıb.

         

Kitab botaniklər, meşə təsərrüfatı mütəxəssisləri, elmi işçilər, doktorantlar, tələbələr, məktəblilər, eləcə də təbiəti sevən hər kəs  üçün nəzərdə tutulub.