Aprelin 21-də təhsil naziri Emin Əmrullayev Şəmkir rayonuna səfəri çərçivəsində Qazax – Tovuz Regional Təhsil İdarəsinə daxil olan  Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayon təhsil şöbə müdirləri, müdir müavinləri və məktəb direktorları ilə görüşüb. 

 

Görüş zamanı sözügedən bölgələrdə təhsil sahəsi üzrə mövcud problemlər və onların həlli ilə bağlı fikirlər səsləndirilib, təhsilin keyfiyyətinin artırılması  istiqamətində atılan addımlar və görüləcək işlər müzakirə olunub. 

 

O cümlədən, görüşdə iştirak edən bölgələr üzrə IX sinif buraxılış imtahanının nəticələri, direktorların fəaliyyəti, valideyn-məktəb münasibəti və digər məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

Görüşdə yerli təhsili idarəetmə qurumlarının gələcək fəaliyyəti ilə bağlı müvafiq tapşırıqlar verilib,  həmçinin təkliflər dinlənilib və suallar cavablandırılıb.