Mayın 26-da ölkəmizdə ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” festivalının açılış mərasimi baş tutub. 

 

Açılış mərasimində iştirak edən təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin təmsil olunduğu stendlərlə tanış olub. Stendlərlə tanışlıq zamanı nazir şagird və tələbələrlə söhbətində onların böyük maraq hissi ilə bu festivalda iştirakının sevindirici hal olduğunu qeyd edib. 

 

Emin Əmrullayev festivalın gənclərimizin rəqəmsal texnologiyaların inkişafı ilə bağlı tarixi nailiyyətlərinə körpü salacağına ümidvarlığını ifadə edib və təşkilatçılara təşəkkürünü bildirib. 

 

Qeyd edək ki, Təhsil Nazirliyi festivalda STEAM layihəsinin təşkilatçılığı ilə şagird və tələbə kateqoriyaları üzrə keçirilən “Baku Skills” müsabiqəsi, bir sıra ali təhsil müəssisələri tərəfindən təqdim edilmiş layihələr və  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin fəaliyyətini əks etdirən 3 layihə ilə təmsil olunur.