Mayın 29-da “TEKNOFEST Azərbaycan” çərçivəsində keçirilən müsabiqələrin II və III yeri tutan komandalarının mükafatlandırılma mərasimi keçirilib.
 

Festival çərçivəsində baş tutan “Baku Skills” müsabiqəsinin A kateqoriyasında II və III yeri tutan “Gəncə FRİTL”ın “Metaverse” və Bakı şəhər 81 nömrəli məktəbin “SUM Builders” komandalarına mükafatı təhsil naziri Emin Əmrullayev təqdim edib.


Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” çərçivəsində yuxarı sinif şagirdləri, tələbələr və startapçılar arasında ümumilikdə 8 müsabiqə - “Baku Skills”, “Pilotsuz uçuş aparatları”, “ROBOTİKS”, “AgroTech”, “Sosial innovasiyalar”, “Həvəskar peyk modelləşdirilməsi”, “PLANER”, “Yaşıl texnologiyalar” təşkil olunub. Müsabiqələr 3 kateqoriya iştirakçı arasında keçirilib. Müsabiqələrə qatılmaq üçün 5 mindən çox gəncin formalaşdırdığı 1000-dən çox komanda müraciət edib.