Azərbaycan-Fransız Universitetində (UFAZ) Fransa səfirliyi, Azərbaycan Fransız İnstitutu, Azərbaycan Fransa Məzunları Assosiasiyası və UFAZ-ın təşkilatçılığı ilə təhsilini Fransada almış azərbaycanlı məzunların "İdeya gecəsi" adlı tədbir keçirilib. 

 

Assosiasiyanın prezidenti, UFAZ-ın direktoru Vazeh Əskərov hazırda 600 nəfərə yaxın gəncin Fransa məzunu olduğunu bildirib.

 

Fransanın ölkəmizdəki səfiri Zakari Qross məzunları Qafqazın yenidən qurulmasında və dirçəlməsində fəal olmağa səsləyib. 

 

Sonra Fransada təhsil almış 7 peşəkar  qlobal istiləşmə və onun planetə, eləcə də Azərbaycana təsiri; işlənmiş məhsulların təkrar emalı və təkrar emal prinsipinə əsaslanan dairəvi iqtisadiyyat; təmiz və bir-biri ilə əlaqəli şəhər nəqliyyat şəbəkələrinin inkişafı; ətraf mühitin qorunmasına riayət edən sadə istehsal və istehlak üsulları/ ölkələrin inkişafı və modernləşməsində vətəndaş cəmiyyətinin və beynəlxalq əlaqələrin rolu mövzuları üzrə öz  təcrübələrini və düşüncələrini bölüşüb, müzakirələr aparıblar.

 

Qeyd edək ki, məzunların “İdeya gecəsi” Fransız İnstitutu tərəfindən hər il keçirilir.  Onun məqsədi bütün dünya üzrə Fransa məzunlarını cəmiyyət üçün vacib olan məsələlər barədə fikir mübadiləsi baxımından bir araya gətirməkdir.