İyulun 8-də təhsil naziri Emin Əmrullayev paytaxtın Nizami rayonundakı “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm Mərkəzini ziyarət edib. 

 

Təhsil naziri Emin Əmrullayev Mərkəzdə  yaradılan şəraitlə tanış olub. 

 

Direktor Aytən Eynalova Mərkəzdə hazırda 90-a yaxın autizmspektr pozğunluqları olan şəxslərə verilən dəstək proqramları haqqında ətraflı məlumatı diqqətə çatdırıb. Nazir proqramların təlim zamanı tətbiqi prosesini əyani şəkildə izləyib. 

 

Daha sonra emalatxana ilə tanış olan Emin Əmrullayev Mərkəzin daxilində fəaliyyət göstərən "Kaşalata cafe"də autizmli gənclərdən ibarət  “Mavi ürəklər” xor qrupunun ifasında mahnıları dinləyib. Kafenin autizmli gəncləri tərəfindən müxtəlif tamaşalar nümayiş olunub. 

 

Görüş zamanı Nazirliklə Mərkəz arasında gələcək əməkdaşlıq imkanları da müzakirə olunub.

 

Sonda xatirə şəkilləri çəkdirilib.