10-18 iyul 2022-ci il tarixlərində İsveçrədə Beynəlxalq Fizika Olimpiadası (onlayn)  təşkil edilib. Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 2 bürünc və 1 həvəsləndirici mükafat qazanıb.       

 

Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Eşqin Alıyev  və Təhsil Nazirliyinin  tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Sadiq Sadıxzadə bürünc medala layiq görülüblər. Bakı Dövlət Universitetinin nəzdindəki "Gənc istedadlar" liseyinin XI sinif şagirdi Rəfsan Həbibullayev isə həvəsləndirici mükafat əldə edib. 

 
Məktəblilərimizi təbrik edir, uğurlar arzulayırıq!