Türkiyənin ən böyük universitet kitabxanası olan İstanbul Mədəniyyət Universitetinin Ziraat Bankı Kitabxanası və Mərkəzi Dərslik Binasının açılışı olub.

 

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

 

Tədbirdə çıxış edən Türkiyə dövlətinin başçısı eyni anda üç min insana xidmət göstərəcək bu binada bir milyon cild kitabın olduğunu bildirib. Prezident Ərdoğan bu ilin sonunadək ölkənin məktəb kitabxanalarında kitab sayının 100 milyona çatdırılacağını deyib.

 

Azərtac