"Azərbaycan müəllimi" Təhsil İnstitutuna istinadən xəbər verir ki, Respublika Fənn Olimpiadalarının (RFO) final mərhələsi aşağıda qeyd olunan tarixlərdə təşkil olunacaq:
 
* İnformatika fənni üzrə 28 aprel;
* Biologiya və coğrafiya fənləri üzrə 30 aprel;
* Fizika və tarix fənləri üzrə 1 may;
* Fizika fənni üzrə praktiki tur 2 may;
* Kimya və Azərbaycan dili və ədəbiyyat fənləri üzrə 3 may;
* Riyaziyyat fənni üzrə Respublika fənn olimpiadalarının final turu isə 7 may tarixində keçiriləcək.
 
Koordinasiya tarixləri aşağıdakı kimidir:
 
* Biologiya və coğrafiya fənləri üzrə 2 may;
* Fizika və tarix fənləri üzrə 3 may;
* Kimya və Azərbaycan dili fənləri üzrə 5 may;
* Riyaziyyat fənni üzrə isə 9 may tarixində S.C.Pişəvəri adına gimnaziyada (Faiq Yusufov 39) həyata keçiriləcək.
 
Bütün fənlər üzrə olimpiada saat 10:00-da başlanacaq.
 
İnformatika fənni üzrə yuxarı yaş qrupu (10-11-ci siniflər) ADA Universitetində (Bakı şəhəri, Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsi 61), informatika fənni üzrə aşağı yaş qrupu üzrə (8-9-cu siniflər) isə Bakı Ali Neft Məktəbinin Bayıl korpusunda (Yeni Salyan yolu 3-cü km, 25, Səbail rayonu, Bibiheybət qəsəbəsi), digər fənlər isə Avropa hotelində ( Bakı şəhəri, Tiflis prospekti, 1025/30) təşkil olunacaq.
 
Final turunda iştirak hüququ qazanan şagirdlər buraxılış vərəqələrini 19 aprel saat 15:00 tarixindən portal.edu.az saytında şəxsi kabinetlərindən əldə edə bilərlər.
 
Olimpiadaların final mərhələsinə gələrkən şagirdlərdən buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsi gətirmələri tələb olunur.
 
"Azərbaycan müəllimi" olaraq bütün olimpiada iştirakçılarına uğurlar arzulayırıq!