Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanında iştirakı nəzərdə tutulan 46741 nəfərdən 485 nəfər imtahana gəlməyib.
 
 
“Azərbaycan müəllimi” Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, tələb olunan imtahan qaydalarını pozduğu üçün 5 nəfərin nəticəsi isə ləğv olunub.