Aprelin 21-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları elan edilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
 
2024-cü il aprelin 21-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış ola bilərsiniz.
 
Qeyd edək ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən buraxılış imtahanının nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.