Humanist Pedaqogika üzrə Beynəlxalq Mərkəzin fəxri prezidenti, Rusiya Təhsil Akademiyasının həqiqi üzvü, psixologiya elmləri doktoru, professor Şalva Amonaşvili "Azərbaycan müəllimi"nin 90 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.
 
Təbrikdə deyilir:
 
Əziz dostlar, gözəl Azərbaycanın təhsil işçiləri!
 
Sizin qəzetiniz “Azərbaycan müəllimi” özünün 90 yaşını qeyd edir. O, yaşca məndən bir az kiçikdir. O, müxtəlif sosial epoxalardan keçərək təlim və tərbiyə işini ən yaxşı şəkildə qurmaqda müəllimlərə, tərbiyəçilərə, təhsil sahəsinə xidmət edənlərə sədaqətlə kömək edib.
 
Qəzet dünya təhsilində tamamilə yeni çağırışların baş qaldırdığı hazırkı müasir sosial şəraitdə də bu işini davam etdirir. Azərbaycan yeni həyat qurur, ölkəyə yenilənmiş məktəblər, yenilənmiş müəllimlər lazımdır. 
 
Özünün qayğıkeş və yaradıcı səsi ilə sədaqətli qəzet böyük yeniləşmə işinə xidmət edir. Böyük minnətdarlıqla bildirmək istəyirəm ki, bu qəzet – “Azərbaycan müəllimi” öz səhifələrində humanist pedaqogika ideyalarına da yer verib və qürur hissi keçirirəm ki, bu qəzetin səhifələrində mənim də adım çəkilir.
 
Azərbaycanın bütün təhsil işçilərini qəzetlərinin yubileyi münasibətilə ürəkdən təbrik edirəm!   
 
Sevgilərlə, Şalva Amonaşvili, 
Buşeti, Gürcüstan