
“2024–2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 51 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri həyata keçirilib”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, idarənin tabeliyində fəaliyyət göstərən 57, 68, 141 və 151 nömrəli məktəblər sökülərək yenidən inşa olunur: “Eyni zamanda, 313 nömrəli məktəbdə əsaslı təmir və əlavə korpusun tikintisi aparılır. 59 və 324 nömrəli məktəblərdə, 328 nömrəli uşaq bağçasında, eləcə də eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün Respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri davam etdirilir”.
Nərminə Hüseynova qeyd edib ki, ehtiyac olan ərazilərdə yeni təhsil müəssisələrinin istifadəyə verilməsi də təmin olunub: “Belə ki, Kürdəxanı qəsəbəsində yerləşən 304 nömrəli məktəb-lisey, Xocəsən qəsəbəsindəki 333 nömrəli tam orta məktəb, Ramana qəsəbəsindəki 337 və 338 nömrəli məktəblər, həmçinin Xocəsəndəki 348 nömrəli və Maştağadakı 349 nömrəli məktəbəqədər təhsil müəssisələri artıq fəaliyyət göstərir.
Bundan əlavə, əsaslı təmirdən sonra 99, 116, 257, 286 nömrəli uşaq bağçaları və A. Məmmədov adına məktəbəqədər təhsil müəssisəsi yenidən fəaliyyətə başlayıb. 101 nömrəli uşaq bağçasında isə təmir-bərpa işləri yekunlaşıb”.
N.Hüseynova onu da vurğulayıb ki, təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən tədbirlər şagirdlərin və müəllimlərin daha müasir, təhlükəsiz və komfortlu şəraitdə fəaliyyət göstərməsinə şərait yaradır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər